Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına bir milyon azarkeşin gəlməsi gözlənilir
Qətər 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına dünyanın müxtəlif ölkələrindən 1 milyona yaxın azarkeşin gələcəyini gözləyir. DİASPOR.İNFO xəbər verir ki, bu barədə dünya çempionatının təşkilat komitəsinin meneceri Fatma əl-Nuaimi videokonfransda bildirib. O, Qətərə gələn azarkeşlər üçün bir çox əyləncə proqramlarının da planlaşdırıldığını vurğulayıb. Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin yeddi şəhərində - Doha, Lusail, Əl-Bakr, Əl-Xor, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
249