Messiyə şərt qoyulacaq
İspaniyanın "Barselona" klubunda prezidentliyə namizədlərdən olan Emili Rusaud gözlənilməz açıqlama ilə diqqət çəkib. DİASPOR.İNFO-nun məlumatına görə, o, kapitan Lionel Messinin komandadan ayrılacağını istisna etməyib.
Rusaud prezident seçiləcəyi təqdirdə argentinalı superulduzun qarşısına şərt qoyacağını gizlətməyib: "Messi ilə görüşüb, maaşında endirimə getməsini tələb etməliyik. Fədakarlıq etməsini istəyəcəyik. Anlaşa bilməsək, Messi ayrılacaq".
Qeyd edək ki, "Barselona"da president seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək. Messinin klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.
253