Beynəlxalq Voleybol Federasiyası (FİVB) növbəti dünya çempionatlarının loqosunu təqdim edib. DİASPOR.İNFO-nun məlumatına görə, 2022-ci ildə keçiriləcək kişilər və qadınlar arasında mundialların rəmzində bənzər element əks olunub. Rəmzdə voleybolçunun yüksəyə tullanmasının yer alması dünya çempionatının yarışların zirvəsi olması anlamına gəlir. 2022-ci ildə kişilər arasında dünya çempionatı Rusiyada təşkil olunacaq. Niderlandla Polşa isə qadınların mundialına ev sahibliyi edəcək.
234