“Barselona” klubunda yoluxmalar
İspaniyanın “Barselona” klubunun iki üzvü koronavirusa yoluxub.
DİASPOR.İNFO-nun məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilir ki, əsas komandanın iki üzvünün testi müsbət nəticə verib. Adları açıqlanmayan yoluxanlar karantinə alınıb. Komandanın digər üzvləri isə təkrar test verəcək.
“Barselona”nın səhər məşqi baş tutmayıb. Hazırlıq prosesinin nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, Ronald Kumanın yetirmələri La Liqanın növbəti turunda “Atletik”lə üz-üzə gələcək.
251