• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı

28-02-2021, 12:00 | Baxılıb: 28
“Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı

Ukraynada keçirilən güləş üzrə Kiyev turniri davam edir.

Diaspor info xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb.

Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna yunan rəqibinin xalça üzərinə çıxmaması səbəb olub. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb. Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb. Əli daha sonra yerli pəhləvana minimal fərqlə qalib gəlib. 1/4 finalda Turan ABŞ, Əli isə Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Bayramov finalın bir addımlığında qırğız güləşçiyə məğlub olub. Əvəzində Moldova təmsilçisinə gücünü göstərən Rəhimzadə finala yüksəlib. Turan fevralın 27-də 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən digər erməni güləşçini də məğlubiyyətə uğradaraq bürünc medala sahib olub. Rəhimzadə isə finalda qırğızıstanlı Ernazar Axmataliyevə qalib gəlib.

Əşrəf Aşırov ilk görüşdə gürcü rəqibindən üstün olub. Ancaq daha sonra İran güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Aşırov fevralın 27-də təsəlliverici görüşə çıxaraq əlcəzairli idmançıya "tuşe" ilə qalib gəlib. Ancaq növbəti görüşdə yerli pəhləvanla bacarmayıb.

Türkan Nəsirova debütdə türk rəqibindən güclü olub. Həmyerlimiz Belarus təmsilçisini də çətinlik çəkmədən yenərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Polşa idmançısına minimal fərqlə uduzub. Türkan fevralın 27-də keçirilən bürünc medal görüşündə Moldova təmsilçisinə qalib gəlməklə təsəlli tapıb.

Mübarizəyə 1/4 finaldan qoşulan İrina Netreba belaruslu rəqibini devirərək yarımfinala adlayıb. Ancaq növbəti görüşdə Kanada idmançısına uduzub. Netreba fevralın 27-də litvalı güləşçiyə də məğlub olaraq medal qazanmaq şansını əldən verib.

Beləliklə, Azərbaycan pəhləvanları günü 1 qızıl, 2 bürünc medalla başa vurublar.

Sərbəst güləş

57 kq

1/16 final: Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus) 1:2

1/16 final: Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna) *2:2

1/8 final: İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan) 12:14

1/8 final: Mahir Əmiraslanov - Mahmudcan Şövkətov (Özbəkistan) 1:3

65 kq

Təsnifat: Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) +:-

1/16 final: Turan Bayramov – Qor Ohannesyan (Ukrayna) 5:4 (tuşe)

1/16 final: Əli Rəhimzadə - Alibek Osmanov (Qırğızıstan) 12:2

1/8 final: Turan Bayramov - Andre Bekrenyov (Belarus) 11:0

1/8 final: Əli Rəhimzadə - Vasili Şuptar (Ukrayna) 5:4

1/4 final: Turan Bayramov - Jozef Makenna (ABŞ) 5:1

1/4 final: Əli Rəhimzadə - Şota Fartenadze (Gürcüstan) *3:3

1/2 final: Turan Bayramov - Ernazar Axmataliyev (Qırğızıstan) 7:13

1/2 final: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) 5:3

Bürünc medal görüşü: Turan Bayramov - Erik Aruşanyan (Ukrayna) 3:0

Final: Əli Rəhimzadə - Ernazar Axmataliyev (Qırğızıstan) 5:4

74 kq

1/16 final: Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan) 2:0

1/8 final: Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpey (İran) 0:5

Təsəlliverici görüş: Əşrəf Aşırov - İshak Buxors (Əlcəzair) 10:2

Təsəlliverici görüş: Əşrəf Aşırov - Qasım Qasımov (Ukrayna) 3:6

97 kq

Təsnifat: İslam İlyasov – Timofey Xenidis (Yunanıstan) 7:3

1/8 final: İslam İlyasov - Elisbar Odikadze (Gürcüstan) 1:12

Qadın güləşi

50 kq

1/8 final: Türkan Nəsirova – Aynur Erge (Türkiyə) 4:1

1/4 final: Türkan Nəsirova - Anastasiya Yanotava (Belarus) 10:2

1/2 final: Türkan Nəsirova - Anna Lukaşiak (Polşa) 1:2

Bürünc medal görüşü: Türkan Nəsirova - Mariana Draqutan (Moldova) 12:4

68 kq

1/4 final: İrina Netreba – Nataliya Strjalka (Polşa) 5:3

1/2 final: İrina Netreba - Oliviya Di Bacco (Kanada)

Bürünc medal görüşü: İrina Netreba - Danute Domikaytite (Litva) 1:12

76 kq

1/8 final: Gözəl Zutova – Səbirə Əliyeva 10:2

1/4 final: Gözəl Zutova - Vasilisa Marzaliuk (Belarus) 2:7
скачать dle 10.6фильмы бесплатно


28

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана
Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək
Годовая инфляция в Азербайджане достигла 4%

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Hərbi Qənimətlər Parkı Azərbaycanın qalib Ölkə olduğunun əyani sübutudur - ŞƏRH ÖZƏL

"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.