Kənan Qaraman Fortuna Düsseldorfdan ayrılır
Kənan Qaraman Fortuna Düsseldorfdan ayrılır. DİASPOR.İNFO-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, Bundesliqa 2 komandası Fortuna Dusseldorf ilə mövsümünün sonunda müqaviləsi bitəcək Kənan Qaramanın alman komandasını tərk edəcəyi iddia edilib. 27 yaşlı futbolçu Qalatasaray, Fənərbaxça və Trabzonsporun transfer gündəmindədir.
Qeyd edək ki, 27 yaşlı hücumçunun Almaniya komandası ilə yeni müqavilə imzalamayacağı iddia edilir. Düsseldorfun Kənan əvəzinə Darmştadtda oynayan başqa bir qürbətçi oyunçu Sərdar Dursunu transfer edəcəyi də bildirilib.
Arzu Qurbanlı
14