Aytac Qara “Kasımpaşa” heyətindən çıxarıldı!
“Kasımpaşa” klubu “Beşiktaş”la oyun zamanı qələbə qolu vuran Aytac Qaranın intizamsız hərəkətlərinə görə heyətdən kənarlaşdırıldığını açıqlayıb. DİASPOR.İNFO-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, 19-cu dəqiqədə liqanın lideri "Beşiktaş" qarşısında qələbə qolunu vuran Aytac Qara matçın 57-ci dəqiqəsində sarı vərəqə alıb və 66-cı dəqiqədə yeni məşqçi Şenol Can tərəfindən oyundan kənarlaşdırılıb.
Bu qərardan narazı qalan gənc futbolçu oyunu tərk edərək ehtiyat skamyası yerinə paltardəyişmə otağına gedib. Aytaç Karanın bu hərəkətindən sonra "Kasımpaşa" klubu oyunçunu heyətdən kənarda qoyduğunu açıqlayıb.
Qeyd edək ki, Aytac Qara "Kasımpaşa"-"Beşiktaş" matçından sonra Sərkan Recbər ilə mübahisə edib. İddialara görə, Aytac soyunma otağına girərkən baş verən mübahisədə Sərkan Recbərin üstünə gedib.
DİASPOR.İNFO.