Bill Qeysin həyat yoldaşı Melinda boşanma zamanı ondan 1,8 milyard dollar dəyərində qiymətli kağız alıb. Diaspor info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, "Microsoft" qurucusunun həyat yoldaşı, Kanada Milli Dəmir Yolu Şirkətinin səhmlərini 1,5 milyard dollara və ABŞ-ın ən böyük avtomobil satıcısı "Autonation"-un 300 milyon dollar dəyərində hissəsini alıb. Bu, ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının hesabatlarında da qeyd olunur.
Xatırladaq ki, Forbes, Bill Qeysin varidatını 124 milyard dollar olaraq qiymətləndirir. İş adamı, hissələrin yalnız kiçik bir hissəsini Melindaya köçürən "Cascade Investments" fondu vasitəsi ilə varidatının böyük bir hissəsinə sahibdir. Ümumilikdə, fondun ixtiyarında 50 milyard dollar dəyərində qiymətli kağızlar var.
Mülk bölgüsünün hələ bitmədiyi qeyd olunur.
Qeyd edək ki, Bill və Melinda Qeys boşanmalarını bazar ertəsi günü elan ediblər. Yayımlanan bir açıqlamada onlar, 27 illik evlilikdə üç uşaq böyütdüklərini və dünya səviyyəsində bir xeyriyyə fondu yaratdıqlarını qeyd ediblər. Cütlük, tanış olduqdan yeddi il sonra, 1994-cü ildə evlənib.
Müəllif: İnam Hacıyev