“Benzinin qiymətinin qalxması ilkin aylarda və kvartalda iqtisadiyyata təsir edəcək. Lakin, güclü bir dəyişiklik hiss olunmayacaq. Amma diqqət etsək, önümüzdəki aylarda insanlarda xüsusilə, ekonom maşınlara keçid üstünlük təşkil edir. Bu yeni nəqliyyat vasitələrinin bazara daxil olmasına gətirib çıxardacaq. Lakin, benzin istifadəçiləri sinfinə məxsus olan “premimum klas” istifadə edən insanlar üçün bunun fərqi yoxdur”. Bu sözləri Diaspor info-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının özünəməxsus qanunauyğunluqları olduğuna görə, bunu hər hansı bir iqtisadi məsələ ilə bağlamaq olmaz: “Benzinin qiymətinin qalxması Azərbaycanın neft emalı ilə məşğul olan qurum tərəfindən Tarif Şurasına verilmiş sorğunun nəticəsidir. Bu da ötən dövr ərzində neft emalı üzrə xərclərin bahalaşması ilə izah olunur. Bu sahədə ciddi maya dəyərinin artımı müşahidə edilir. Mən düşünürəm ki, bu qiymətlərin artımını həyata keçirməkdənsə daha yaxşı olardı ki, xərcləri azaltmağa diqqət yetirilsin”.
Ayşən Vəli