Türkiyə ordusu İraqın şimalında iki hərbçisini şəhid verib
Türkiyənin İraqın şimalında - “Pəncə Hərəkatı” antiterror əməliyyatı apardığı Hakurk bölgəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) iki hərbi qulluqçusu şəhid olub, biri yaralanıb.
Diaspor.info-nun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə TSK ilə terrorçular arasında münaqişə zamanı baş verib.
Münaqişədə bir terrorçu məhv edilib.
258