İLHAM KƏRİMOV NİKALAYEVDƏ AZƏRBAYCAN MƏTBƏXTİNİN LAYİQLİ TƏBLİĞATÇISIDIR
Diaspor.info ssytının Ukrayna bürosu xəbər verir ki, Ukraynada yaşayan soydaşlarımız arasında kafe işlədənlər də, az deyildir. Lakin onların arasında elələri vardır ki, sözün hər mənasında vətənini təbliğ etmək və Azərbaycan mətbəxtini layiqincə təmsil etməklə məşğuldur.
Ukraynanın Nikolayev şəhərində fəaliyyət göstərən İlham Kərimov da, Azərbaycan mətbəxtini layiqli təmsil edənlərdəndir. Bu gün Nikolayevdə Azərbaycan mətbəxti deyərkən hamı, istər yerli millət, istər də, Azərbaycanlılar olsun, hamı İlham Kərimovun kafesinə gəlməyi seçirlər.
Əsas odur ki, İlham xalqımızın mətbəxtini olduğu kimi yerli millətə sevdirə bilib.
Bu da bir təbliğat vasitəsi sayılır.
İlham nə qədər təvazökar olsa da, Nikolayev şəhərində Azərbaycan mətbəxtinin bir nömrəli təmsilçisi və təbliğatçısı
kimi qəbul olunub.
Diaspor.info
Ukrayna