ABŞ mediasında yayılan xəbərlərə görə, Çinə səyahəti zamanı xəstələnən Amerika vətəndaşı, ölkəyə geri döndükdən sonra Vaşinqtonda tibbi yoxlamadan keçib. Nəticədə onun Çinin Uhan şəhərində ortaya çıxan koronavirusa yoluxduğu məlum olub.
Xəstənin vəziyyəti ağırdır.
Xatırladaq ki, yeni koronavirusa yoluxan insanlardan 6 nəfəri ölüb.
Çin Dövlət Səhiyyə Komissiyasından verilən məlumata görə, 77 nəfərə koronavirus diaqnozu qoyulub, ölkə ərazisində isə 290 nəfərdən çox adam xəstəliklə bağlı tibb müəssisələrinə müraciət ediblər.
331