KORONOVİRUS PROBLEMİNİ UNUDUB NAXÇIVANA ŞƏR KOMPANİYASINI APARANLAR NƏYƏ NAİL OLMAĞA ÇALIŞIRLAR.
DÖRD ULDUZLU DUZDAĞ OTELİ--DÜNYADA ÖZ GÖZƏLLİYİNƏ VƏ YÜKSƏK SƏVİYYƏDƏ YARADILAN ŞƏRAİTİNƏ GÖRƏ XÜSUSİ YERİ OLAN DUZDAĞ SANATORİYASI YOXSA AZƏRBAYCANIN RAYONLARINDAKI MƏRKƏZİ XƏSTƏXANALAR?
Məlum olduğu kimi Koronavirusla bağlı Türkiyədən Azərbaycana gələn soydaşlarımızın bir qismi Naxçıvandan keçərək Bakı şəhərinə gedirlər. Bakı şəhərinə düşən kimi elə aeroportdaca vətəndaşları karantinə alırlar. Bir müddət sosial şəbəkələrin gündəmində olan Cəlilabad və s. rayonların mərkəzi xəstəxanalarındakı antisanitariya, baxımsızlıq bəzi işbazlara da ruh verdi ki, karantinlə bağlı tənqidi fikirlərini bildirsinlər.
Məhz həmin vaxt Türkiyədən Naxçıvana gətirilən bir qrup vətəndaşımız Duzdağ sanatoriyasında yerləşdirildiyi üçün bəzi tələbələr Duzdağ sanatoriyasını mağara adlandıraraq tənqid etməyə başladılar. Məlumat üçün bildirmək istəyirik ki, dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan və Allahın xalqımıza hədiyyə etdiyi Duzdağ şaxtasının analoqu yoxdur. Türkiyədən gələn soydaşlarımıza sanatoriyada bütün lazım olan şərait yaradılmış və karantin dövrünü qaydalara uyğun olaraq keçirmələri üçün sanatoriya bütün imkanlarını ortaya qoymuşdur.
Lakin nədənsə bütün dünyanı cənginə alan Koronavirusla mübarizə aparılan vaxtda bir qrup sosial media aktivləri Naxçıvana şər yaxma kompaniyasına başladılar. Naxçıvanda olan hər bir şəxs bilir ki, Duzdağ oteli və sanatoriyası bütün əcnəbi turistlərin diqqətini yaxşı mənada çəkən bir məkandır. Ümumiyyətlə Duzdağ sanatoriyası Astma xəstəlikləri və Ağ ciyər xəstəliklərinin müalicəsi üçün əvəzolunmaz bir məkandır. Hələ SSRİ dövründə belə Duzdağ şaxtasından sözügedən məqsədlə istifadə edilirdi. Demək ki, Naxçıvan MR-nın rəhbərliyi bütün bunları nəzərə alaraq, məhz Duzdağ sanatoriyasını məqsədə uyğun sayıbdır.
Bu gün hətta Bakı şəhərində belə bəzi rayon xəstəxanaları vardır ki, sözün əsil mənasında bərbad vəziyyətdədir. Və xaricdən azərbaycana gələn soydaşlarımızı məhz həmin xəstəxanalarda yerləşdirirlər. Yaxşı sual olunur Bakı şəhərindəki xəstəxanalarda baş verənləri görmürsünüz, yoxsa görmək bəzilərinə sərf etmir?
Bu gün Respublikanın hər yerində təxirə salınmaz tədbirlər həyata keçirilməkdədir. Belə çıxır ki, bu tədbirlərə dəstək vermək əvəzinə, insanlarımızı virusa qarşı maarifləndirmək əvəzinə bir qrup sapı özümüzdən olanlar provakasiya ilə məşğuldurlar?!
Mətbuatdan oxuduğum bəzi yazılara görə, Naxçıvana gələn tələbələr antisanitariya, şəraitsiz bir mağaraya atılıblar.
Əslində adamın inanmağı belə gəlmir ki, bu gün məşhur Duzdağ haqqında kiminsə məlumatı olmasın.
Bəlkə burada məqsəd başqa bir şeydir? Çünki türkiyədə yaşayan bəzi soydaşlarımızdan aldığımız məlumata görə həmin tələbələr içərisində bəziləri xaricdə antimilli qruplara belə qoşulublar. Onlardan ölkəmizə qarşı müəyyən aksiyalar zamanı istifadə edilir. Bu adi haldır, çünki Qarabağ savaşını qoyub Suriyaya müsəlman soydaşlarını müdafiəyə gedənlərin də çoxu məhz türkiyədə hazırlanırdı. Bəzi dairələr vardır ki, millətindən, dinindən asılı olmayaraq, hər hansı bir vasitəylə, kimisini iradəsinin zəifliyinə görə, kimisini pula hərisliyinə görə ələ alaraq, onlardan bir çox çirkin işlərdə istifadə edirlər. Bu gün dünyanın hər yerində elələri vardır ki, əllərinə bir bəhanə düşən kimi Naxçıvana şəryaxma kompaniyasına başlayırlar. Naxçıvanın qeyrətini çəkənlər gəlib Vətəndə bunu etməlidirlər. Daha hərəsi bir xarici ölkələrdə oturaraq Azərbaycan, Naxçıvan haqqında əsassız yazılar yazmaqla ürək bulandırmamalıdırlar.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.
600