Çində qatar qəzasında zərərçəkənlərin sayı 127-ə çatdı
Çinin Hunan əyalətində bir qatarın relsdən çıxması nəticəsində zərərçəkənlərin sayı 127-ə çatıb, bir nəfər isə ölüb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə yerli "Jenmin Jibao" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ən azı dörd nəfərin vəziyyəti ağırdır. Qeyd olunur ki, Sinan şəhərindən Quancjoya gedən qatarın relsdən çıxmasına uzun sürən yağışlar səbəbiylə sürüşmə olub. Həmçinin nəzərə çatdırılır ki, maşinist qrunt yığınını gördüyü zaman əyləc sistemini işə salsa da qatarın dayanmasına nail ola bilməyib. Nəticədə beş vaqon relsdən çıxıb və onların bəziləri hətta alovlanıb.
Müəllif: İnam Hacıyev
321