MBA klublarının hazırlıq günləri azaldılacaq
Milli Basketbol Assosiasiyası (MBA) klublarının təlim-məşq toplanışının günləri azaldılacaq. DİASPOR.İNFO-nun məlumatına görə, mövsümün bərpasından əvvəl basketbolçular 4-5 həftə məşq prosesi keçməli idisə, indi vaxt azaldığından hazırlığa maksimum 3 həftə yer veriləcək.
Bu da o deməkdir ki, mövsüm daha tez başlaya bilər. Xatırladaq ki, artıq bəzi komandalar məşqləri bərpa ediblər. Amma oyunçular klubun bazasında fərdi proqram əsasında məşq edirlər.
302