Hollandiyalı Aryen Robben futbolçu karyerasını bərpa edəcək
Hollandiyalı futbolçu Aryen Robben Niderlandın "Qroninqen" klubunda karyerasını bərpa edəcək.
DİASPOR.İNFO "sports.ru" saytına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Ötən ilin iyulunda A.Robben karyerasını bitirdiyini açıqlamışdı. 36 yaşlı futbolçu "Qroningenlə" birlikdə mövsüm öncəsi hazırlıqdan keçəcək. .
Qeyd edək ki, A.Robben Niderlandın "Qroningen" (2000-2002) və PSV (2002-2004), İngiltərənin "Çelsi" (2004-2007), İspaniyanın "Real" (2007-2009), Almaniyanın "Bavariya" (2009-2019) klublarında oynayıb.
338