"Boeing 777X" təyyarələrinin təchizatı bir neçə aydan 1 ilə qədər təxirə salına bilər
"Boeing" amerikan aerokosmik şirkəti geniş gövdəli "Boeing 777X" təyyarələrinin təchizatını bir neçə aydan 1 ilə qədər təxirə sala bilər.
DİASPOR.İNFO xəbər verir ki, təxirə salınma hava səyahətlərini kəskin şəkildə azaldan koronavirus pandemiyası səbəbindən təyyarələrə tələbatın azalması ilə əlaqədardır. "Boeing" şirkəti dəqiq qərarını növbəti rüb üçün maliyyə hesabatı ilə birlikdə gələn həftə rəsmi olaraq elan etməyi planlaşdırır.
Korporasiya "Boeing 777X"-nin iki mühərriklə təchiz olunan yanacaq nöqteyi nəzərdən ən sərfəli ən iri gövdəli təyarə olduğunu bildirir - bu təyyarənin bir modelinin uzunluğu 77 metr olacaq və təyyarə 426 sərnişini daşımaq üçün hazırlanıb.