Avqust ayının 29-da Noyabrsk şəhərində "Dostluq" kuboku keçirilib. Yarışda iki komanda Rus cəmiyyəti tərəfindən "Vıqnapur, Çentr Enerqo Qaz", bir komanda Tacikistan cəmiyyəti tərəfindən "İstiqlol", bir komanda Azərbaycan cəmiyyəti tərəfindən "Bakı" iştirak etmişdir. Yarış başa çatdıqdan sonra "Bakı" 1-ci yer, "Vıqnapur" 2-ci yer, "Çentr Enerqo Qaz" 3-cü yer tutmuşdur. Mükafatların təltif olunmasında İcra Hakimiyyəti başçısının birinci müavini Vlasov Andrey və Azərbaycan cəmiyyətinin sədri İsmayılov Fazil Abdulhəmid oğlu iştirak etmişdir.
696