“Tariximiz Gələcəyimizin Təminatıdır” layihəsi
onlayn icrasına başlanılmışdır
DİASPOR.İNFO SAYTININ ŞİMAL-QƏRB BÜROSU XƏBƏR VERİR Kİ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilən “Tariximiz Gələcəyimizin Təminatıdır” layihəsi Balakən rayon məktəbliləri üçün onlayn şəkildə keçiriləcək.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və İnnovasiyaları üzrə IV qrant müsabiqəsinin qalibi olan Balakən rayon Nizami adına şəhər 1 saylı tam orta məktəbin Tarix müəllimi Məmmədov Altay Şükür oğlunun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilən “Tariximiz Gələcəyimizin Təminatıdır” layihəsi Balakən rayon məktəbliləri üçün onlayn şəkildə keçiriləcək. Layihənin icra müddəti 15.09.2020dən – 15.12.2020dək davam eliyəcək. Layihə çərçivəsində 4 təlim həyata keçirilməsi nəzərdə tutulur. Balakən rayon məktəblilərin iştirak eliyəcəyi layihədə şagirdlər “Azərbaycan məbədlər diyarı” , “Azərbaycan ərazisində qədim dövlətlər” , “Azərbaycan IX-XII əsrlərdə” , “Azərbaycanın tarixi torpaqlarina ərazi iddiaları” mövzuları əsasında təlimlərdə iştirak eliyəcəklər. Bu təlimlərdə ümumilikdə 120 nəfər şagirdin iştirak eləməsi nəzərdə tutulur. İcra Planına uyğun olaraq texniki işlər görülüb, iştirakçılar seçilir. Sosial şəbəkədə görülən işlər barəsində posterlər paylaşılır. Layihənin gedişatı və təlimləri barəsində mətbuata növbəti həftələrdə məlumatlar veriləcək.
Layihə rəhbəri: Məmmədov Altay
Layihənin koordinatoru: Murad Bicilov
Layihənin eksperti: Etiram Sadıqzadə
DİASPOR.İNFO
BALAKƏN