"Qəbələ" "Keşlə"yə, "Zirə" "Sabah"a qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq. DİASPOR.İNFO xəbər verir ki, turun son oyun günündə iki görüş keçiriləcək.
İlk matçda "Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edəcək. Ardınca "Zirə" və "Sabah" komandaları üz-üzə gələcək.
"Qəbələ" – "Keşlə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Qəbələ şəhər stadionu
"Zirə" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
Müəllif: Ceyhun Rasimoğlu
244