• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib

1-03-2021, 10:12 | Baxılıb: 33
“Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin simulyasiyası təşkil edilib

Diaspor info saytının Naxçıvan MR bürosu xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professor-müəllim heyəti, həkim rezident və tələbələri Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə ilk tibbi yardım simulyasiyası çərçivəsində görüş keçirib. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Elmira Həsənova qonaqları salamlayıb və bu görüşlərin ənənəvi hal almasının şagirdlərin gələcək peşə seçiminə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb.      Universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov ali təhsil ocağının professor-müəllim heyəti, həkim rezidentləri və tələbələrinin ümumtəhsil məktəblərinin kollektivi ilə görüşlərinin artıq ənənə halı aldığını və keçirilən tədbirlərin gənc nəslin vətənpərvər ruhunda formalaşmaları ilə yanaşı, şagirdlərin gələcəkdə müqəddəs həkimlik sənətinə yönəlmələri istiqamətində əsaslı rol oynadığını vurğulayıb. Son illərdə Tibb fakültəsinə göstərilən xüsusi dövlət qayğısını diqqətə çatdıran dekan vurğulayıb ki, ali təhsil ocağını bitirən məzunlarımız nəinki muxtar respublikanın xəstəxanalarında, həmçinin dünyanın bir çox ölkərində də uğurla fəaliyyət göstərirlər.

Fakültənin müəllim, həkim və rezidentlərinin müxtəlif siniflərdə nümunəvi dərsləri təşkil edilib. İxtisaslı mütəxəssislər şagirdlərə həkimlik peşəsinin sirlərindən və bu peşəyə yiyələnmənin verdiyi məsuliyyətdən danışıblar, sağlamlıqlarını qorumaq istiqamətində tövsiyyələrini çatdırıblar. Şagirdlərin suallarını cavablandıran tələbə həkimlər onlara gələcək peşə seçimlərində köməklik göstəriblər.

Universitetin tələbələrinin hazırladıqları “İlk tibbi yardım” simulyasiyası təqdimatı məktəb kollektivi tərəfindən maraqla qarşılanıb. Tələbələr gündəlik həyatımızda tez-tez rastlaşdığımız həyat üçün bir sıra təhlükəli hallar, bunlardan çıxış yollarını əyani simulyasiyalarla nümayiş etdiriblər.

Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və tələbələrin şagirdlərlə görüşü təşkil edilim. Bu zaman şagird və müəllim kollektivinə “İlk tibbi yardım” simulyasiyası təqdimatı olub. “Müalicə işi” ixtisası üzrə IV kurs tələbələri Suada Vahabova “Kliniki ölüm, Aytac Əliyeva “Torpaq altında qalma”, Könül Əliyeva “Qanaxmalar”, Ülviyyə Məmmədova “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, Şəbnəm Salmanova isə “Sınıqlar” haqda slaydlar vasitəsilə şagirdlərə ümümi məlumat veriblər və xəstəliklərə vaxtında müdaxilə metodlarını əyani sürətdə öyrədiblər.

Sonda həkim və rezidentlərinin, fakültənin tələbələri ilə birlikdə apardıqları tibbi müayinələr həyata keçirilib. Fakültənin kardiologiya, terapiya, cərrahiyyə, oftalmologiya, funksional diaqnostika, reanimatologiya, stomatologiya və s sahələri üzrə mütəxəssisləri məktəblilərin ilkin tibbi müayinələrini keçirərək onlara tövsiyələrini, gigiyenik qaydalara əməl etməyin vacibliyini bildiriblər.

Diaspor info
Naxçıvan MR
Sadiq Ələkbərliскачать dle 10.6фильмы бесплатно


33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана
Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək
Годовая инфляция в Азербайджане достигла 4%

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Hərbi Qənimətlər Parkı Azərbaycanın qalib Ölkə olduğunun əyani sübutudur - ŞƏRH ÖZƏL

"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.