Covid-19 tənəffüs yolu deyil, damar xəstəliyidir. Diaspor info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın San Dieqo Universitetində aparılan araşdırma zamanı dünyanı sarsıdan Covid-19 virusunun tənəffüs deyil, damar xəstəliyi olduğu məlum olub.
San Dieqo Universiteti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Covid-19 virusu qan damarlarını örtən endotel hüceyrələrinin zədələnməsindən yaranıb. Tədqiqatda Covid-19 virüsünun damar və qan dövranı sisteminə hücum üsulu xüsusilə ətraflı araşdırılıb. Virusun hüceyrələrə yapışmasına imkan verən "S" zülalı "ACE2" reseptoru ilə birləşərək qan damarlarını örtən endotelin zədələnməsinə səbəb olur. Tədqiqatçılar "S" zülalının virusdakı rolunu və mexanizmini daha ətraflı izah etdiklərini deyiblər.
Hazırda istifadə olunan bütün Covid-19 peyvəndlərində bu zülalın xəstəliyə qarşı toxunulmazlığı təmin etmək üçün kopyalandığı məlumdur. Tədqiqatın nəticəsinə görə tənəffüs sisteminin zəifləməsi ağciyərlərdə damar toxumasının iltihabı nəticəsində də baş verir.
Araşdırmaya rəhbərlik edən professor Uri Manor bildirib ki, bir çox insan Covid-19-un bir tənəffüs yolu xəstəliyi olduğunu düşünür: “Araşdırmada məlum olub ki, bu həqiqətən damar xəstəliyidir".
Müəllif: Qönçə Quliyeva