Əsgər və zabit heyəti ilə görüş keçirilib .
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 İyul - Gənclər və İdman Nazirliyinin yaranması günü“nə həsr edilmiş Qaradağ rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirilib. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, tədbirdə hərbi hissənin rəhbərliyi, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak ediblər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd ediblər.
Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Sonda Qaradağ rayon Mədəniyyət evinin kollektivi konsert proqramı ilə çıxış ediblər. Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs ediblər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş edib.