Zaqatala Uşaq-Gənclər İnkişaf Mərkəzinin Respublikada Özünəməxsus Yeri Var.
Zaqatala Uşaq-Gənclər İnkişaf Mərkəzinin 2020-2021-ci tədris ilində gördüyü işlər haqqında aldığmız məlumatı oxucularımıza da, çatdırmağı özümüzə borc bildik.
[/center]
Məlum olduğu kimi bugünün gəncliyi sovetlər birliyinin gəncliyindən bir çox keyfiyyətlərinə görə fərqlənir. Bu gün asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan münbit şəraitə baxmayaraq, yeniyetmələr daha çox mobil telefonlarla oyunlar oynamağa üstünlük verir desək, yanılmarıq. Bu zərərli vərdiş, internet vasitəsilə yeni tanışlıqdan başlayaraq, narkotik istifadəsinədək yeniyetmələrə təsir göstərir. Və belə neqativ halların az olması üçün bütün respublikada UGİM-lər fəaliyyət göstərir. Uşaqlarımız əgər doğrudan da, idmana, rəqsə, texnikaya, rəsm çəkməyə meyillidirsə onlar üçün hər bir şərait yaradılıb, yetər ki, uşaqlarımız bunu istəsin. Şimal-Qərb bölgəsində ən nüfuzlu, işi göz qabağında olan UGİM-dən biri də, Zaqatala rayon UGİM-dir. Sözügedən təhsil müəssisəsinin rəhbəri Şəhla Xəlilova təyin olunduğu gündən binanın girişindən başlayaraq, uşaqların əldə etdikləri nəticəyədək xeyli irəliləyiş var. Bu gün müəssisənin qapısından içəri daxil olarkən sanki Botanika bağına daxil olursan. Gül-çiçək, təmizlik göz oxşayır, uşaqların əl işləri isə heyrətamizdir. Zaqatala rayon UGİM-nin rəhbəri Şəhla Xəlilova ötən ilin yekunlarıyla bağlı bizə də, qısa məlumat Verdi. Əslində Zaqatala UGİM-nin əldə etdiyi nəticələri respublika səviyyəsində nəzərəçarpacaqdır. Zaqatala rayon UGİM rəhbəri Şəhla Xəlilova ilə söhbət edərək ötən tədris ilində əldə olunmuş bəzi nailiyyətlərlə bizi də,tanış etməsini xahiş etdik:
[/center]
Mərkəzimiz məktəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin və gənclərin intellektual səviyyəsi, yaradıcılıq qabiliyyəti, mənəvi və fiziki inkişafı üçün əlverişli şəraitin yaradılmasında, asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm rol oynayır.
Zaqatala rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi öz fəaliyyətini Təhsil Qanununa, digər qanunvericilik və normativ aktlara və əsasnaməyə müvafiq olaraq həyata keçirir. Mərkəzdə yaradıcılıq, texniki, ekoloji, mədəniyyət və incəsənət profilli dərnəklər fəaliyyət göstərir.
Yola saldığımız 2021-ci tədris ilində Zaqatala rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində mövcud karantin qaydaları da nəzərə alınmaqla bir sıra tədbirlər həyata keçirilmişdir. Mərkəz Təhsil Nazirliyinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi bütün müsabiqə və tədbirlərdə müvəffəqiyyətlə iştirak etmişdir.
[/center]
Təhsil Nazirliyi tərəfindən keçirilən, Şanlı Zəfərimizi əks etdirən “Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqəsi sərgisində mərkəzin dərnək üzvü Şabanov Ruslan II yerə layiq görülmüş və Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə ilə təltif olunmuşdur.
“Qarabağa gedən yol” adlı şeir müsabiqəsində mərkəzin dərnək üzvü Qaziyev İslam II yerə, Qaziyev Məhəmməd və Soltanova Zalxay hər ikisi I yerə layiq görülmüşlər.
“Vətən yaxşıdır” respublika mahnı müsabiqəsində isə, dərnək üzvü Murad Məryəm III yerə layiq görülmüşdür.
“Qarabağ Abidələri” adlı respublika rəsm və əl işləri müsabiqəsinin iştirakçıları Nəbiyev Turan, Murtuzova Xədicə və Məmmədov Fərid müxtəlif nominasiyalar üzrə III yerə layiq görülmüşlər. O cümlədən mərkəzin rəsm dərnəyinin rəhbəri Gülzar İsakova müəllimlər arasında rəsm nominasiyası üzrə II yerə layiq görülmüşdür.
“Aşıq Ələsgər İrsi” adlı onlayn respublika saz müsabiqəsində İbrahimova Leyla II yerə layiq görülmüşdür.
[/center]
“Azərbaycan Vətənimdir” adlı beynəlxalq rəqs müsabiqəsində mərkəzin “Sədəf” rəqs qrupu III yerə layiq görülmüş və diplomla təltif edilmişdir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş “Azərbaycan Milli Mətbəxi” rəsm müsabiqəsində Ömərova Asima II yerə layiq görülmüşdür.
“Bizim sevimli dostlarımız” adlı onlayn respublika foto müsabiqəsində iştirak edən şagirdlərimizdən Şabanov Raul və Paşayeva İlhamə hər ikisi II yerə layiq görülmüşlər.
“Unutmadıq! Unutmayacağıq!” onlayn respublika şeir müsabiqəsində şagirdlərimizdən Qantarova Əsra və Qurbanova Nüranə müxtəlif yaş qrupları üzrə III yerə layiq görülmüşlər.
“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” respublika baxış-müsabiqəsində dərnək üzvləri Əliyeva Ayşə II yerə, İbrahimov Hacı III yerə, Axundova Samirə II yerə layiq görülmüşlər.
[/center]
Ali Baş Komandan – İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində rəşadətli ordumuzun mənfur düşmənə qarşı apardığı 44 günlük ədalətli müharibədə qazandığı nailiyyətləri əks etdirən “44 Gün” Respublika Virtual Yaradıcılıq müsabiqəsində dərnək üzvü Musayev Eldar esse nominasiyası üzrə III yerə, Qaziyeva Selcan isə şeir nominasiyası üzrə II yerə layiq görülmüş və qiymətli hədiyyələrlə təltif edilmişdirlər.
“Milli dəyərlərimiz – ornamentlər” adlı respublika rəsm müsabiqəsində Şabanov Ruslan 6-10 yaş qrupu üzrə II yerə layiq görülmüş, Diplomla təltif edilmişdir.
Müxtəlif müsabiqə və tədbirlərdə onlarla dərnək üzvü həvəsləndirici və fəal iştirakına görə Diplom və Sertifikatlarla təltif edilmişdir.
“Qızıl hərflərlə yazılan tarix”, “İşıqlı Azərbaycan” respublika rəsm müsabiqələrində, “Zəfər Tariximiz” adlı onlayn respublika intellektual yarışmasında, Zaqatala UGİM fəal iştirakına görə Təşəkkürnamə və Sertifikatlarla təltif edilmişdir.
Əlmaniz Ələkbərli.
Diaspor.info saytının
Baş redaktoru.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.