2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydaları ilə bağlı suallar salınmayacaq.
Diaspor info-xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar təşkil etdiyi canlı yayımda mərkəzin şöbə müdiri Afiqə Batıyeva deyib.
O bildirib ki, yeni orfoqrafiya qaydaları hələ dərsliklərə daxil edilməyib. Dərsliklərdə olmayan mövzular isə imtahan suallarına salınmır.
Qeyd edək ki, 2021-ci ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər. Lüğətə 5000-dən çox söz daxil edilib.
172