"44 günlük Vətən müharibəsindən, yəni qazandığımız möhtəşəm Zəfərdən sonra möhtərəm Prezidentimiz bu qrupdan istər şəhid ailələri, istər qazilər, istər müharibə veteranları olsun hər birinə fərdi diqqət və qayğı göstərib. Hətta müharibənin gedişatı vaxtında möhtərəm Prezidentimiz 100 mindən çox şəxsi heyəti olan yəni, əsgər və zabiti olan ordunun hər birinin dövlətimizin ən yüksək qayğı və diqqətinə şamil olunacaq fikirlərini səsləndirirdi. Müharibədən sonra qısa müddət ərzində də biz bunun şahidi olduq. Möhtərəm Prezidentimiz dəfələrlə çıxışında deyib ki, 2003-2005-ci ilə qədər tamamilə bu qrupdan olan insanların, yəni şəhid, qazi, müharibə veteranları onların heç bir problemi qalmamalıdır". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, yəni, mənzil məsələsi tamamilə həll olunmalıdır, ehtiyacı olanların avtomobillə təmin olunması, daha doğrusu minik nəqliyyat vasitəsi ilə təmin olunması məsələsi tamamilə yekunlaşdırılmalıdır: "Artıq ölkəmizdə qaçqın və məcburi köçkün sözü keçmişdə qaldı. 2020-ci ilə qədər məcburi köçkün və qaçqınlar üçün əgər şəhərciklər, qəsəbələr salınırdısa da artıq işğaldan azad olunmuş ərazilərimizdə öz yurd-yuvalarında onlar üçün yeni şəhərciklər, qəsəbələr, kəndlər salınacaqdır. Bu Azərbaycanın sosial siyasətdə əhalinin həssas qrupuna, sosial təbəqəyə olan diqqətinin ən yüksək səviyyədə olmasını göstərir. Bir neçə ölkə var ki, məsələn, bu saat orada da müəyyən silahlı münaqişələr var, orada da şəhidlər, qazilər var. O ölkələrdə şəhid ailələrinin və yaxud qazilərin heç bir sosial problemi həll olunmayıb. Yəni bu Azərbaycanda belə bir vəziyyətdə bir tərəfdən böyük bir müharibə aparıblar, digər tərəfdən torpaqlarımızı işğaldan azad etdik, digər tərəfdən biz ərazini minalardan təmizlədik, digər böyük quruculuq işləri görülür, beynəlxalq səviyyəli lahiyələr həyata keçirilir, digər tərəfdən də dünyanın bir parçası olan ölkəmizdə də pandemiyaya qarşı qlobal təhlükə olan koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Bütün bunların fonunda Azərbaycanda əhalinin vəziyyəti müqayisə olunduqda hətta mən deyərdim ki, bir sıra Avropanın inkişaf etmiş ölkələri ilə də müqayisə edilə bilər. Ona görə biz hər zaman əvvəlki illərdə də olduğu kimi bugün də görürük ki, möhtərəm Prezidentimizin dövlətimizin inkişafında hansı işlər görülürsə-görülsün istər xarici siyasətdə, istər daxili daxili siyasətdə bir nömrəli prioritet gündəmi sosial siyasətdir, sosial problemlərin həllidir".
Ayşən Vəli