ARXALI KÖPƏK QURD BASAR.
YERLİ SAKİNLƏRDƏN ALDIĞIMIZ MƏLUMATA GÖRƏ ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ BAŞ VERƏN QANUNSUZLUQLARIN ARXASINDA ETS NAZİRİNİN MÜAVİNLƏRİNDƏN BİRİ DAYANIRMIŞ. XƏBƏRİN DOĞRULUĞUNU ETS NAZİRLİYİNDƏN ÖYRƏNMƏYƏ ÇALIŞACAĞIQ.
OLA BİLSİN ETS NAZİRİ MUXTAR BABAYEVİN BU MƏSƏLƏDƏN HEÇ XƏBƏRİ BELƏ YOXDUR. ANCAQ BUNUN ƏKSİ DƏ OLA BİLƏR.
ÇÜNKİ AYDIN MƏSƏLƏDİR Kİ HEÇ BİR NAZİR BİRBAŞA HANSISA KƏRPİC VƏYAXUD ASVALT ZAVOD RƏHBƏRLİYİ İLƏ ƏLAQƏYƏ GİRMƏZ. BUNA İNANMAĞIN ÖZÜ BELƏ SADƏLÖVHLÜKDÜR. YAXŞI, BELƏ ÇIXIR Kİ BÜTÜN BU OLANLARDAN MUXTAR BABAYEV XƏBƏRDARDIR VƏ BUNA GÖRƏ DƏ YAZDIĞIMIZ OBYEKTİV FAKTLARI ARAŞDIRMIR?!
ÇOX ÇƏTİN BİR TAPMACA OLDU DEYİLMİ?
ODUR Kİ, ONUN AÇMASINI OXUCULARIMIZIN ÖHDƏSİNƏ BURAXIRIQ.
GÖRƏSƏN DÖVLƏT QULLUĞUNDAN İMTAHAN VERƏ BİLMƏDİYİNƏ GÖRƏ VƏZİFƏSİNİ MÜVƏQQƏTİ İCRA EDƏN Ə. QASIMOVUN HANSI KEYFİYYƏTLƏRİ ETS NAZİRİNİ ÖZÜNƏ BELƏ BAĞLAYIR?!

BU GÜN BƏLKƏ DƏ, ƏLİKRAM QASIMOV KƏSİLƏN AĞACLARIN MƏKTƏB VƏ BAĞÇALARA GETDİYİNİ DEYƏRƏK, MƏSULİYYƏTİ ÖZ ÜZƏRİNDƏN ATMAĞA ÇALIŞACAQ, LAKİN YERLİ SAKİNLƏRLƏ ETDİYİMİZ FİKİR MÜBADİLƏSİ ONUN ƏKSİNİ DEYİR.
BUNDAN ƏLAVƏ, BƏS TAXIL ZƏMİLƏRİNİN ORTASINDA TORPAĞIN TƏKİNİN QAZILMASINA NƏ DEYİRSİNİZ? GÜNÜN GÜNORTA VAXTI ASVALT ZAVOD Adı İlə Havaya Buraxılan Qara Tüstüyə Nə Sözünüz?!
Mən Hələ ŞƏKİDƏKİ Avtoyuma Məntəqələrinin Zəhərli, Kimyəvi Maddələrin Axar Çaylara Axıdılmasından, Şadlıq Evləri, Daş-Qum Karxanaları Və. s. –dən Danışmıram.
ETS Naziri Şimal-Qərb Bölgəsindəki Səfərindən Geri Qayıdan
Kimi “7 Saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsi” Meşələrə Hücuma Keçdi, Həm Də, Artırılmış Qiymətlərlə.
Diaspor info saytının Şimal-Qərb bölgəsi ağacların soyqırımının davam etdiyini sübuta yetirən fotolar çəkib. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, son bir neçə ayda ETSN –nin “7” saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və onun təqaüdçü (keçmiş voyenkom) rəhbərinin yarıtmaz fəaliyyətindən obyektiv, tənqidi məqalələr yazırıq. Sözügedən idarənin rəhbəri Əlikram Qasımov bütün yollara əl atır ki, haqq-ədalət carçılarını susdursun.
O, əvvəlcə iki məsul işçisinə, bizim əməkdaşın çəkdiyi avtoyuma məntəqələrinin şəkillərini də, verib, mənim üstümə göndərdi. Onlar danışıq zamanı əvvəlcə hədə-qorxu gəlməyə başladılar, daha sonra isə faktlar qarşısında söz tapmayaraq, yumşaldılar.
Biz həmin məsul işçilərə izah etdik ki, avtoyuma məntəqələri kanalizasiya sisteminə qoşulmalıdır. Çünki onların istifadə etdiyi kimyəvi dərmanları çaya axıtmaq olmaz. Zaqatala əhli yaxşı bilir ki, bu rayonda çox ciddi su problemləri var, yəni içməli sular birbaşa çaylarla dağlardan gəldiyi üçün, elə həmin çaylar vasitəsilə də, bəzi kəndlərə ötürülür. Ən azından kənd camaatı mal-qarasını həmin çaylardan suvarır.
Hörmətli oxucular nəzərinizə çatdırmaq istəyirik ki, biz bu problemi qabartmaqla yüzlərlə kəndlinin mal-qarasının zəhərlənməsinin qarşısını almış oluruq.
Dövlət Qulluğundan İmtahan Verə Bilməyən, Lakin hansısa keyfiyyətlərinə görə hələ də, böyük bir vəzifəni icra edən Əlikram Qasımov isə Səriştəsizliyini Örtbasdır Etmək Üçün Şantaja Əl Atır.
Hətta baş redaktorun mobil telefonunun nömrəsini avtoyuma məntəqəsinin, kərpic, asvaltzavod və. s. rəhbərlərinə verərək, onları məcbur edir ki, zəng vurun yalvar-yapış edin, əks təqdirdə hərənizi ən azından min azn cərimə edəcəyəm.
Mənim üçün bir şey qaranlıq qaır, məgər cərimələr hər hansı bir qanunsuzluğa-fakta görə fərqli deyil?
Məsələn hektarlarla taxıl zəmisində, torpağın təyinatını dəyişməklə təkini qazanla, öz həyətinin yanında bir ağac kəsənin cəriməsi eynidirmi?
ÇOX GÜLMƏLİ VƏ Qəribədir Deyilmi?
SONDA: -Sualım cənab nazirədir- Əlikram müəllim vaxtında çox işləyib, sağolsun dövlətimiz də, ona stajına görə minlərlə manat təqaüd də, ayırıb.
Heç olmasa bu təqaüdçü ağsaqqal, bu gün yetərincə məvacib alır. Bəlkə imkan verəsiniz iş axtaran bu cavanlar da, məvacibin nə olduğunu dadsınlar?
Mənim fikrimcə bizim müdrik atalarımız belə yerdə
çox gözəl deyib.
BALIQ BAŞDAN İYLƏNƏR.
Çox qəribədir, bu gün Əlikram müəllimin yarıtmaz fəaliyyəti
haqqında yetərincə faktlar ortaya qoymağımıza baxmayaraq,
onun haqqında heç bir ciddi addımlar atılmır.
Ağalar, görürsünüz ki, bu rəhbər Dövlət qulluğundan imtahandan keçə bilmir. Dəfələrlə imtahan verməsinə baxmayaraq bu adamda alınmır!
Görəsən cənab nazirimizə hansı qüvvə təsir edir ki, imtahandan keçməyən birisini dəfələrlə müvəqqəti rəhbər təyin edir?
Onun əməlləri qınanmaq əvəzinə, əksinə ona nazirlikdən sehirli telefon zəngləri olur və ehtiyyatlı olmağı tövsiyyə edirlər. O, da, öz ehtiyyatını görür.
Belə ki, bu yaxınlarda, Ə. Qasımov on illərlə qanundankənar, torpağın təkini qazaraq, dövlətə milyonlarla ziyan vuran iş adamını iki min azn cərimə edib. Yəni bir növ özünü sığortalamış olur?!

Bu gün biz sözügedən qurum tərəfindən özümüzə qarşı bütün şərəfsizliklərlə dolu şantajları gözləyirik.
Düzdür ETS nazirliyindən mənimlə bu məsələ ilə əlaqədər əlaqə yaradanlar da, oldu. Hətta, telefon və votsap nömrələrini də, mənə verdilər. Özlərini elə göstərdilər ki, həqiqətən də, Vətən, dövlətimiz, ən nəhayət ETSN üçün çox sədaqətlidirlər. Mən də, onlara çəkdiyim bir- iki faktı votsap nömrələri vasitəsilə göndərdim. Onlar cavabında mənə yazırlar ki, əgər bu faktlar düzdürsə onda burada ciddi problemlər var və bu işə görə cinayət işi də açıla bilər.
Vəyaxud da, mənə yazırdılar ki, göndərdiyiniz bu fakt bir ay öncə çəkilən şəkillərə oxşayır.
Gülməlidir deyilmi?.
Başa düşmürəm, görəsən mən ETS nazirliyi üçün müstəntiqəm, yoxsa fakt yığanam?
Məgər bir ay bundan əvvəl qanunu pozan insanları cərimə etmirlər?
Hörmətli ETS nazirliyinin əməkdaşları - sizin marağınız nədir ki, cinayət işi açılmalı olan faktlara susursunuz?
Sonda bir fikrimi də, çatdırmaq istəyirəm. Mənə dəfələrlə ismarıclar gəlir ki, bəs Əlikram Qasımovun arxası var, onun sahəsinə toxunma.
Gah deyirlər ETS Nazirinin müavini vəyaxud da, başqa bir nazir ona havadarlıq edir.
Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.