• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

7-02-2019, 12:06 | Baxılıb: 17
“Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın qeyrətli oğullarından biri, Milli Qəhrəman, adı dillərə dastan olan Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il, fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.

M.İbrahimov 2010-cu ilin, iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini isə yaralamışdır. Milli Qəhrəman bu amansız döyüşdə şəhid olmuşdur.

Hərbçimizin cəsədini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf - Ermənistan gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun cəsədlərini Azərbaycana təhvil vermişdir.

Mübariz İbrahimov 7 noyabr, 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalamışdır.

Biləsuvar rayonunda orta məktəbə və küçəyə, “Palmali” Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmişdir. Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq nümunə olacaqdır.

Mübariz İbrahimovun əziz xatirəsi ona yazılan yüzlərlə şeirdə, hekayədə, kitablarda və mahnılarda daim yaşayacaq. O, təkcə bu günün deyil, gələcək nəsillərin də əsl qəhrəmanına çevriləcək . Azərbaycan gəncliyi Mübariz İbrahimov kimi igidlərimizlə qürur duyur.скачать dle 10.6фильмы бесплатно


17

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq
ÇERNİQOV AZƏRBAYCANLILARI DİASPOR FƏALİYYƏTİNDƏ DAHA AKTİVDİRLƏR.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
Prezident yeni fərman imzalayıb
Əmək pensiyalarının minimum məbləğinin artırılmasını parlament təsdiqlədi
Dövlət gerbi və himnini ilə bağlı qanun layihələri qəbul edilib

Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq

ÇERNİQOV AZƏRBAYCANLILARI DİASPOR FƏALİYYƏTİNDƏ DAHA AKTİVDİRLƏR.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub

Prezident yeni fərman imzalayıb

Əmək pensiyalarının minimum məbləğinin artırılmasını parlament təsdiqlədi

Dövlət gerbi və himnini ilə bağlı qanun layihələri qəbul edilib

Dünyanın bir sıra ölkələrin vətəndaşları Xocalıya ədalət istəyi

BDU rektorluğuna iddialılar arasında QIZĞIN MÜBARİZƏ – Abel Məhərrəmovun adamları yenidən mövqe qazanmağa çalışır

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Sumqayıtda abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayrılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.