• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir

4-12-2019, 13:54 | Baxılıb: 13
“Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir

Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə təqdim olunması, milli ulduz təsnifat sistemi ilə əlaqədar planların açıqlanması, 2020-ci il üzrə nəzərdə tutulan strategiya, eyni zamanda hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsidir.

Assambleyada çıxış edən Assosiasiyanın prezidenti Martin Klaynman rəhbərlik etdiyi təşkilatın ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

O, qonaqpərvərlik sənayesindəki mövcud çətinliklər və fürsətlərdən bəhs edərək təşkilatın 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Martin Klaynman hotel sənayesinin inkişafında dövlət qurumları ilə birgə fəaliyyətin səmərəliliyindən söz açaraq Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini xüsusi vurğulayıb.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid çıxışında qarşıya qoyulan məqsədlər arasında hotel və qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsinin yer aldığını qeyd edib.

Florian Zenqstşmid Assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir zamanı “Milli ulduz təsnifatı”, “Hüquqi qanunvericilik, Turizm qanunu, təsnifat və reyestr”, “Qonaqpərvərlik sənayesində rəqabət və gəlirlilik”, " Turizm məhsulu perspektivləri”, “Qonaq şikayətlərinin idarəsi” və s. mövzular üzrə azərbaycanlı və xarici mütəxəssislərin fikirləri dinləniləcək.

Assambleya çərçivəsində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun Kür II Proqramının “H2Otel Suya Qənaət Mükafatları” adlı layihəsinin qalibləri mükafatlandırılacaq.

Layihə əsasında dekabradək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər təltif ediləcək.скачать dle 10.6фильмы бесплатно


13

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Mömünə Xatun Səttarova: Naxçıvan Azərbaycanın Gözəl Bir İncisidir.
Bələdiyyə seçkilərində namizədlərin 30 faizdən çoxu qadınlardır - ÖZƏL TƏDBİR
Ombudsman Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Bakıda yeni kiçik su elektrik stansiyası istismara verilib
İNQİLAB VƏLİYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏNLƏRDƏNDİR.
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Mömünə Xatun Səttarova: Naxçıvan Azərbaycanın Gözəl Bir İncisidir.

Bələdiyyə seçkilərində namizədlərin 30 faizdən çoxu qadınlardır - ÖZƏL TƏDBİR

Ombudsman Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakıda yeni kiçik su elektrik stansiyası istismara verilib

İNQİLAB VƏLİYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏNLƏRDƏNDİR.

“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

“Forbes” 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Pley-off mərhələsinə yüksələn klublar bəlli olub UEFA Avropa Liqası

Bu yollarda məhdudiyyət olacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.