AVROPA ÖLKƏLƏRİNDƏ QARABAĞ ADLI MƏKTƏBLƏRİN AÇILMASI TƏQDİRƏLAYİQDİR.
Əlmaniz Ələkbərli
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri.
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.
Əlmaniz Ələkbərli
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri.
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.
Diaspor.info saytının məlumatına əsasən bu günlərdə Prezident kitabxanasında “Diasporla İş üzrə Dövlət komitəsi” “Azərbaycan diasporu” elektron kitabxanasının təqdimatını edib. Tədbirdə Diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradov da iştirak edib. Fuad müəllim diaspordan danışarkən deyib ki, Diaspor işi könül məsələsidir.
Tədbirdə “Azərbaycan diasporu” elektron kitabxanasının mahiyyətindən geniş danışıldı. Tədbir iştirakçıları geniş diskussiya etdilər. Tədbirdə Diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradov bir neçə vacib məsələlərə də toxunub:
"Diaspora elmi yanaşma çox vacibdir. Bu mənada “Azərbaycan diasporu” elektron kitabxanası böyük əhəmiyyətə malikdir. “Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılıb və davamlı olaraq zənginləşdirilir. Ümumiyyətlə xaricdə yaşayan azərbaycanlı alimlərin şəbəkələşməsi istiqamətində ardıcıl işlər görülür. İlkin olaraq, Fransada bu istiqamətdə tədbir keçirilib. Azərbaycanlı alimlərin iştirakı ilə daha bir neçə ölkədə də müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur".
Onu da xatırlatmaq istəyirik ki, Fuad müəllim sözügedən komitəyə rəhbər təyin olunduqdan sonra bu sahədə xüsusi canlanma var. Təkcə bir faktı göstərmək kifayət edərdi. Belə ki, ötən il Brüsseldə ən böyük və geniş Qarabağ mitinqi keçirilib. Bu tədbiri maraqlı edən hallardan biri də, burada bir çox fərqli dövlətlərdən xeyli soydaşımız iştirak etməsi olub. Maraq burasındadır ki, mitinqdə iştirak edən soydaşlarımızın çoxu öz təmsil etdikləri dövlətlərin dillərində, yəni bir mitinqdə bir neçə dildə çıxışlar ediblər.
Diaspor.info
Bakı
1 514