105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.
Axar.az xəbər verir ki, namizəd bu dəfə Tovuzun ən böyük kəndlərindən olan Əyyublu kəndində seçicilərlə görüşüb.
Görüş zamanı Qənirə Paşayeva kənd sakinlərinin problemləri ilə maraqlanıb.
Deputatlığa namizəd Əyyublu kəndini ziyarət çərçivəsində fiziki imkanları məhdud sakinlərlə də görüşüb, onların qayğılarını dinləyib.
“Gözəl Əyyublu kəndimizi addım-addım gəzməyə davam edirik. Gözəl insanlarımız, şəhid və müharibə veteranları ailələrimiz, fiziki imkanları məhdud balalarımızla görüşüb, fikir mübadiləsi aparırıq. Hər birinə dəstəkləri üçün bir daha təşəkkür edirəm. Özlərinə də söylədiyim kimi, onların dəstəyi mənim üçün çox dəyərlidir və onların etimadını hər zaman doğrultmaq üçün var gücümüzlə çalışacağıq. Var olsunlar! Bir daha dəstəkləri üçün təşəkkür edirik!” - Q.Paşayeva sosial şəbəkə hesabında qeyd edib.