Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisində,Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin geniş tərkibdə toplantısı keçirildi.Toplantıda üç məsələ müzakirəyə çıxarıldı.1.Təşkilati məsələ.2.QAQB-nin xarici nümayəndəliklərinin Əsasnaməsinin qəbulu.3.QAQB-nin 2020-ci il üçün fəaliyyət proqramı.
Toplantı işinə reqlamentə uyğun olaraq toplantıya qatılmış,Adil Məmmədovun,Dilarə Həkimin,Elçin İsmayıllının QAQB ali Məclisinə üzvlükləri məsələsinə baxaraq,yekdilliklə hər üçünündə QAQB Ali Məclisinə üzvlükləri təsdiq olunmuşdur.Bundan sonra toplantını açan QAQB sədri Rizvan Talıbov gündəlikdəki məsələlər barədə toplantı iştirakçılarına geniş məlumat verdi.Sədr çıxışında qeyd etdi ki,QAQB 2019-cu ildə uğurlu bir yol keçərək,çox möhtəşəm tədbirlər keçirtdi və Qərbi Azərbaycan problemini ölkə gündəminə çıxartmağa nail oldu.Ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə iştirak etdi.
Ən önəmlisi isə,QAQB təmsil etdiyi,hüquqlarının qorunması üçün mubarizə apardığı Qərbi Azərbaycanlı toplumunun,Ermənistan qaçqınlarının, çox önəmli kəsiminin etibarını qazanmağa nail oldu,üzvlərinin və tərəfdarlarının sayının on minləri keçməsini təmin etdi."Bizlər Birlik olaraq 2020-ci ildə daha artıq bir əzmlə çalışmalıyıq ki,sıralarımızı daha da genişləndirək,tərəfdarlarımızın sayını daha da artırmağa nail olaq".Sədr eyni zamanda qeyd etdi ki,biz Birlik olaraq Milli Məclisə keçirilmiş növbədən kənar parlament seçkilərində də aktiv iştirak etdi,bir çox namizədlərə zəruri dəstəyini verdi.Sədr xüsusi olaraq qeyd etdi ki,ölkədə mövcud olan çoxsaylı problemlərin,xüsusən Dağlıq Qarabağ və Qərbi Azərbaycan problemləri kimi taleyüklü problemlərimizin uğurlu həllinə nail olmaq üçün,ölkədə azad və demokratik seçkilərin keçirilməsinə nail olmaq vacibdir!Əgər bizlər,xalq olaraq azad,demokratik seçkilər yolu ilə Milli Məclisin formalaşdırılmasına nail olsaq,əminliklə bildirmək istəyirəm ki,o,zaman çox problemlərimiz öz müsbət həllini tapacaq və ən önəmlisi isə Dağlıq Qarabağ və Qərbi Azərbaycan problemləri məsələsində uğurlu nəticələrə nail ola biləcəyik!
Buna nail olmasaq həm problemlərimiz olduğu kimi qalacaq,həm də,Dağlıq Qarabağ və Qərbi Azərbaycan məsələsi kimi,taleyüklü məsələlərimiz həllini tapmayacaq!Çıxışının yekununda QAQB sədri,QAQB-nin xarici ölkələrdəki,Norveç Krallığındakı və Qazaxıstan Respublikasındakı nümayəndəliklərinin rəhbərlərinin təyinatı və QAQB İdarə Heyyətinin tərkibində edilmiş dəyişikliklər haqqında imzalanmış sərəncamları toplantı iştirakçılarının diqqətinə çatdırdı.QAQB sədrindən sonra çıxışçılar,QAQB Ali Məclisinin sədri Əli Vəliyev,QAQB İdarə Heyyətinin üzvləri Qəhrəman Qəhrəmanov,Maarif Məhərrəmbəyli,Xəqani İsmayıl,Tamam Uluxanlı,Asya Əsgərova,Ali Məclis üzvləri Rüfət Əsədov,Ravil Cəfərov,Mahmud Mahmudov və digərləri gündəlikdəki məsələlər ətrafında çıxış edərək,mülahizələrini,təkliflərini bildirdilər.Toplantının yekununda qərara alındı ki,QAQB sədrinin son sərəncamları təqdir olunsun.QAQB-nin xarici ölkə nümayəndəliklərinin təkliflər və iradlar nəzərə alınmaqla qəbul edilsin.Birliyin 2020-ci il üçün fəaliyyət proqramını on beş gün müddətində hazırlayıb,qəbul etmək QAQB İdarə Heyyətinə həvalə olundu.Toplantı QAQB sədrinin yekun çıxışı ilə işini uğurla başa vurdu.