Hörmətli həmvətənlərim!Hörmətli soydaşlarım!
Məlumunuz olduğu kimi,bu gün koronavirus epidemiyası Dünyamızı cənginə alıb!Bütün insanlıq kimi,ölkəmizdə böyük bir sınaq qarşısındadır!İnanıram ki,millət və dövlət olaraq bu sınaqdanda üzüağ çıxacağıq!Koronavirus pandemiyası ilə,əlaqədar bütün həmvətənlərimizə,xüsusən təmsil etdiyimiz ən çoxsaylı sosial toplum olan Qərbi Azərbaycan kökənli soydaşlarımıza müraciət edirəm!
Hər birimiz Ölkə Prezidenti və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqımıza ünvanlanmış müraciətlərinə hərtərəfli dəstək verməliyik!Yaradılmış Operativ Qərargahın qəbul etdiyi bütün qərarlarına qeyd-şərtsiz tabe olub,riayət etməliyik!QAQB sədri olaraq,QAQB üzvlərinə,tərəfdarlarımıza,Qərbi Azərbaycan kökənli sahibkarlara,iş adamlarına,imkanlı şəxslərə müraciət edirəm!Hər birimiz,Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə yaradılmış koronavirus pandemiyasına qarşı mübarizə Fonduna imkanlarımız daxilində dəstək verməliyik!Mən bütün QAQB üzvlərimizi,tərəfdarlarımızı və bütün Qərbi Azərbaycan kökənli insanlarımızı ölkə başçısının və Birinci vitse-prezidentin təşəbbüslərinə dəstək verməyə çağırıram!Bu çətin günlərimizdə bütün ictimai-siyasi təşkilatları birliyə,həmrəyliyə dəvət edirəm!Heç kim bu koronavirus pandemiyasından siyasi məqsədləri üçün istifadə etməyə cəhd etməməlidir!Belə uğursuz cəhdlərdə bulunanları hamılıqla boykot etməliyik!QAQB olaraq,çoxsaylı toplum olan Qərbi Azərbaycan kökənli soydaşlarımıza müraciət edirəm!Öıkə Prezidenti və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çağırışlarına bir nəfər kimi dəstək verək!Araqarışdıranların,fürsətçilərin,dövlətçilik anlayışından məhrum olanların çağırışlarından bir nəfər kimi uzaq duraq!Zəruri ehtiyac olmadan ictimai yerlərə çıxmayaq,mənzillərimizdə qalaq!Məsuliyyətlə davranaq!Özümüzü,sevdiklərimizi qoruyaq!Sanitar-gigiyenik qaydalara istisnasız olaraq riayət edək!Əminəm ki,qarşılıqlı hörmət,etimad,məsuliyyətlə yanaşmaqla,qaydalara riayət edərək,bu pandemiya bəlasındanda ən az itgi ilə çıxacağımıza inanıram!Ən əsası nikbinliyimizi,xoş sabahlara inamımızı qoruyaq!Bizlər hökmən o,xoş günlü sabahları görəcəyik!Bizlər hökmən tarixi yurdlarımıza sahib olacağıq!
QAQB sədri:Rizvan Talıbov.