RAMANA-SÜDÇÜLÜK YAŞAYIŞ SAHƏSİNƏ KORONOVİRUS LAZIM DEYİL, ÇÜNKİ BURA ADI MƏLUM OLMAYAN VİRUSLAR MƏNBƏYİDİR.
Bu gün səhər saatlarında Diaspor.info saytının redaksiyasına, Sabunçu rayonu Ramana qəsəbəsinin Südçülük adlanan yaşayış sahəsində yaşayan bir qrup şəxs zəng edərək, yaşadıqları yerdə antisanitariyadan şikayətçi olduqlarını bildirdilər. Sakinlərin təlaşını nəzərə alaraq, müxbirimiz hadsə yerində olub. Antisanitariya şəraitinin mənbəyi yaşayış sahəsindəki su kanallarıdır desək yanılmarıq. Belə ki, sakinlərlə
etdiyimiz söhbət zamanı içərisində heç vaxt su olmayan, (yəni su axmayan) kanalların həddən artıq təhlükəli olduğu bildirildi. Şikayətçilərdən biri, Əhmədzadə İslam məsələni belə izah etdi: "gördüyünüz bu kanallar vasitəsilə demək olar ki, axar su getmir. Sadəcə yağan yağıntılar və çirkab sularının yığışdığı bu kanallarda yayda yalnız tipi bilinməyən bakteriyalar, viruslar və həşəratlar yaşayır. Biz dəfələrlə aidiyyati qurumlara müraciət etmişik. Lakin nədənsə bəzi məmurların işi yalnız hadisə yerinə baxış keçirməklə bitir. Yayda buradakı vəziyyəti görsəniz,
buradakı üfunəti hiss etsəniz bizim övladlarımızın hansı təhlükələrlə rastlaşdığını anlayarsınız.
İnanın ki, bizim uşaqları Allah saxlayır. Nə qədər qorusaq da, körpə uşaqlar yayda çöldə oynayırlar. Bəs biz nə edək?, yayda da, uşaqları evdə, qapalı şəraitdə saxlayaq?
Məgər dövlətimiz, xalqımız üçün hər hansı bir virus, bakteriya təhlükəli deyil?
Hesab edirik ki, bir müddət belə davam edərsə bizim yaşadığımız yerdə yeni adda virus "romanavirus tapılacaq"?!"
Məsələni Diaspor info saytı olaraq diqqətimizdə saxlayacağıq və aidiyyati qurumların fikirlərini də, öyrənməyə çalışacağıq.
Diaspor info
Bakı.
319