Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları növbədənkənar məzuniyyətə göndərilmişdir.
Qeyd etmək istərdik ki, ilk dəfə olaraq Çinin Uhan şəhərində yeni koronavirus xəstəliyi (COVID-19) qeydə alınmışdır. Hazırda Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.
Qlobal xarakter daşıyan koronavirus pandemiyası ilə əlaqədar vətəndaşların özünü daha ciddi qoruması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub. Nəzərinizə çatdırmaq istərdik ki, qəbul olunmuş müvafiq qərara əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları qeyd olunan tarixlərdə növbədənkənar məzuniyyətə göndərilmişdir.
Sual və təkliflərinizi Fondun rəsmi elektron poçt üzərindən təqdim edə bilərsiniz. Təqdim etdiyiniz suallarınız ölkədə tətbiq olunmuş xüsusi karantin rejimində çalışan Fondun əməkdaşları tərəfindən hər zaman cavablandırılacaqdır.
Stronger together!
+99450 762 25 95
+99412 525 06 00
+99412 525 06 08
[email protected]
www.diaspora.foundation