Hefteaz.tv xəbər verir ki, ölkədə koronvirus dövründə əhalinin alıcılıq qabiliyyətini yoxlamaq məqsədilə, Göyçay şəhəri Avtomobil təmri zavodunun ərazisində yerləşən meyvə-tərəvəz bazarnda monitorinq keçirmək istəyən Hefteaz.tv-nin baş redaktoru Aqil Mahmudov ictimaiyyət qarşısında bazarın müdiri Rəşid Xəlilov tərəfindən vəhşicəsinə döyülüb.
Bu barədə saytımıza məlumat verən Aqil Mahmudov bildirir ki, hadisə baş verməzdən əvvəl o Bazarın topdansatış bölməsində o qiymətlərin fərqini öyrənmək məqsədilə həm satıcılar həmdə alıcılar arasında rəy sorğusu keçirtdiyim zaman bazarın müdiri Rəşid Xəlilov mənə yaxınlaşaraq heç bir səbəb olmadan ictimaiyyət qarşısında mənə yumruq zərbələri endirməyə başladı. Bazarkomun bu kobudluğu mətbuata vurulan zərbədir deyən Aqil Mahmudov onu da əlavə etdi ki, peşə fəaliyyətini həyata keçirən bir jurnalistə edilən fiziki təzyiqə görə hər hansı bir şəxs qanun qarşısında cavab verməlidir.
Maraqlısı budur ki, hadisə zamanı jurnalistə həm mənəvi həmdə maddi ziyan dəysə də polis əməkdaşları bazarkomu cəzalandırmaq əvəzinə jurnalistə şər və böhtan atmaq məqsədilə onu təcili yardım stansiyasına apararaq ickili olub olmamasını aydınlaşdırmaq istəyiblər. Aqil Mahmudovun fikirincə polisin bu hərəkəti bazarkomu himayə etmək məqsədi daşıyır.Ancaq polisin bu hərəkətinə baxmayaraq, bazarkomun cəazalanması üçün respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edilib
Onu da əlavə edək ki, hadisə zamanı saytımıza məxsus olan videokamera yararsız vəziyyətə düşüb.
Mövzuya qayıdacağıq