Azərbaycana yay gəldi
Bu gündən Azərbaycana yay fəsli qədəm qoyub. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bu il yay fəsli ölkəmizə iyunun 21-i saat 01:43:42-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirib.
Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bundan əlavə, həmin gün ən uzun gündüz və ən qısa gecə qeydə alınır. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur.
Müəllif: Ceyhun Rasimoğlu
408