Diaspor.info saytının Şimal -qərb bölgəsi xəbər verir ki, 2019-20 tədris ili Balakən təhsili üçün uğurlu olub.
Qaysa Kənd Tam orta məktəbinin də rayon təhsilinin uğurlarında öz payı var.
Qaysa kəndində olarkən məktəb direktoru Kərimət Məmmədova ilə də görüşüb söhbətləşdik.
Kərimət müəllimə uzun müddət pedaqoji staja malik bir təhsil işçisidir.
Yəni məktəb, kollektivlə işləməyi yaxşı bacarır.
Düzdür kənd camaatı ilə söhbət zamanı başa düşdük ki, bu tərəfin insanları öz övladlarını daha çox Dağıstan respublikasına oxumağa vəyaxud da, işləməyə göndərir.
Bu da qəbul vaxtı orta məktəbin qəbul faizinə çox mənfi təsir edir.
Bütün bunlara baxmayaraq, pedaqoji kollektiv öz işini ustalıqla görür. Bu ilki məzunlar arasında Abduləziz Zurnayev, Aişə Çunayeva 500-dən artıq bal topladıqları məlumdur.
Diqqətimizi çəkən məqamlardan biri də, rəhbərlə kollektivin mehribançılığı oldu.
Bəli, onlar bir Ailə kimi işləyib, savadlı nəsil yetişməsi üçün işləyirlər.
Müəllim həm də Valideyndir, kəlməsi məhz Qaysa kənd tam orta məktəbin pedaqoji kollektivi üçün deyilib, desək yanılmarıq.
Hesab edirik ki, gələcəkdə xaricdə təhsil alan tələbələr də, oxuduqları orta məktəbin qəbul faizinə təsir etməlidir.
Məktəbin pedaqoji kollektivi günahkar deyil ki, valideynlər öz övladlarını Rusiya vəyaxud Ukraynada oxudurlar.
Seçim azad olduğu üçün bir çox abituriyent, MDB ölkələrində öz qohumları olan şəhərləri seçərək kənarda oxumağa üstünlük verirlər.
Qaysa kənd tam orta məktəbi bizim üçün yaddaşlarda belə qaldı:
Nizam-intizam, mehriban kollektiv, keyfiyyətli təhsil verən tədris müəssisəsi kimi nümunəvi məktəb.
Diaspor.info
Balakən.