Zaqatala Təhsilinin Uğurları .
Şimal-Qərb bölgəsində işləməyim, təxminən 20 ildən çoxdur. Azad-Azərbaycan qəzetinin bölgə müxbiri kimi ilk dəfə 1998-ci ildə Zaqatalaya gəldiyim günü bu gün də xatırlayıram.
Zaqatalada işığın, qazın fasilələrlə verildiyi dövrlərdə belə təhsil müəssisələrində tədris yaxşı idi. Bu gün danılmaz faktdır ki, rayon təhsili günbəgün inkişafdadır. Göstəricilər hər il daha da yaxşılaşır.
Əlbəttə bu nailiyyətlər öz-özünə başa gəlmir və burada nəinki əziyyəti keçənlər, deyərdim ki, canını, sağlamlığını bu yolda qoyanlar var.
Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əvvəllər Qax rayonunda rəhbər olub. Qax təhsili isə həmişə respublikada seçilib.
Odur ki, Mübariz müəllim təhsilə diqqət və qayğısını Zaqatala rayonunda da, əsirgəmədi.
Nəticələr ürəkaçan oldu.
Zaqatalada tarixdə ilk dəfə 700 bal toplayan məzun oldu. Və bu gün bu tendensiya davam edir.
O ki, qaldı Habil Qurbanova, Zaqatala rayon təhsil şöbəsinin müdirinə, onu da, hələ icra hakimiyyətinin şöbə müdiri olduğu vaxtlardan tanıyıram. Siyasi fəaliyyəti də var. YAP Zaqatala rayon təşkilatının sədridir.
Onun rayon təhsili üçün necə can qoyduğunun isə canlı şahidiyəm. Mənə elə gəlir ki, Habil Qurbanov Azərbaycan təhsilində ən yaxşı nə vardırsa onu Zaqatalaya gətirmək üçün əlindən gələni edir.
Hərdən mənə elə gəlir ki, Habil müəllim günün 24 saatını da, işləyir.
Düzdür o öz səhhətini də, güdaza verir, ancaq təhsildə bu gün nəticə göz qabağındadır.
Habil müəllimin bir üstünlüyü də, ondadır ki, yaxşı kollektiv yığa bilib. Metod kabinetin müdiri Bəhruz müəllim başda olmaqla çox mehriban və tələbkar kollektivlə istənilən yüksək nailiyyətlər əldə etmək olar.
Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, bu gün Zaqatala təhsilinin inkişafı ən yüksək pillədədir.
Ümumiyyətlə mənim üçün Zaqatala təhsili deyərkən ilk gözümün önünə gələn Müəllimlər var. Məsələn; 3 saylı şəhər məktəbi Elmira müəllimə. Tanıdığım uzun illərin sədaqətli dövlət məmuru və illərin təhsil işçisi. Bu xanım bütün həyatını sırf məktəbə həsr edib və onun nəticələri respublikada adla deyilənlərdəndir.
Gimnaziya Məsumə Müəlliməni məktəbdən kənar təsəvvür etmək olmaz. Bu insan da, bütün ömrünü təhsilə həsr edib və bu yolda bütün sağlamlığını itirənlərdəndir. Gimnaziyanın rayon təhsilində öz yeri var.
Zərifə Əliyevanın adını daşıyan Lisey isə yeni təhsil müəssisələrindən sayılır. Elə məktəbin rəhbəri Kəmalə xanım da, sözügedən təhsil müəssisəsinə bir neçə ildir ki, direktor təyin olunub. Əsil AZƏRBAYCAN xanımı olan Kəmalə müəllimə də rəhbəri olduğu tədris müəssisəsini rayonun ən qabaqcılları sırasına çıxara bilib və göstəriciləri çox böyükdür.
Əlbəttə ki, şəhər məktəbləri haqqında danışarkən 1 saylı məktəbin direktoru Fatma müəlliməni unutmaq olmaz. Şairə xanım da, bütün ömrünü, səhhətini təhsilin inkişafı yolunda qoymuşdur.
Şəhər 5 saylı məktəb uzun illər 9 illik olub. Xanım müəllimə direktor təyin olunandan sonra isə artıq 11 illik tam orta məktəb olub. Xanım müəllimə də, ömrünü təhsilə həsr edənlərdəndir. Və bu xanım da yenilik, inkişaf, tərəqqinin tərəfdarıdır.
Kənd məktəblərinə gəldikdə isə Zaqatalada elə kənd məktəbləri vardır ki, göstəricisi şəhər məktəbləriylə eynidir, bəzən daha da çoxdur.
Əliabad 3 saylı tam orta məktəbin direktoru Natəvan xanım da, təhsildə can qoyanlardandır. Tələbkarlığı çox yaxşı nəticələr verir. Natəvan xanım çox mehriban kollektiv formalaşdırıb və birgə əziyyətə qatlaşaraq müsbət nəticə əldə edə bilib. Qəsəbə məktəbi olmasına baxmayaraq, heç bir paytaxt məktəbindən seçilmir, müasir tələblərə cavab verən tədris müəssisəsi və keyfiyyətli təhsil onların başını həmişə uca tutub.
Rayon təhsilinə töhfə verən təhsil müəssisələrindən biri də Aşağı tala kənd 1 saylı tam orta məktəbidir. Direktor Mehnurə müəllimə də, çox tələbkar rəhbərdir. Bu gün istənilən şəhər məktəbləri ilə mübarizə apara bilən təhsil ocağıdır.
Ümumiyyətlə isə Tala kənd məktəbləri də, rayon təhsilinə zeyli töhfə verib.
Almaz müəllimə illərin pedaqoqu kimi bütün ömrünü məktəbə, təlim-tərbiyə və təhsilin inkişafına verib.
Kənd məktəblərindən Danaçı məktəblərinin də öz yeri var. Əsəbəli və Məryəm müəllimə də uzun illərin pedaqoqudurlar.
Suvagil kənd 1 saylı tam orta məktəbin direktoru Abdurrahman müəllim də, uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Kənddə və rayonun siyasi arenasında tanınan və hörməti olan ziyalılardandır.
Əslində mən siyahını istənilən qədər uzada bilərəm, ancaq ümumi rayon təhsilinin 2019-20 ci tədris ilinin yekunları haqqında da, məlumat vermək istəyirəm. Bu il Zaqatalada 380 məzun tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600 dən yuxarı, 61 nəfəri isə 500 dən yuxarı bal toplayıblar.
Olimpiadalar və müsabiqələrdə də, iştirak edərək ilk yerləri qazananlar var. Belə ki, " ən yaxşı təqdimat müsabiqəsinin qalibləri 5, fənn olimpiadalarında 7, ədəbiyyat bilicilərində 5, Əlaçı intellektual televiziya müsabiqəsində 2, Beynəlxalq müsabiqələrdə isə 2 nəfər iştirak edib, 15 nəfər isə Qrant müsabiqələrinin qalibi olublar.
Zaqatalada təhsilin inkişafı üçün çalışanlar Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif adlara layiq görülüblər.
9 nəfər Əməkdar müəllim, 11 nəfər Tərəqqi medalı ilə və 18 nəfəri isə Qabaqcıl döş nişanı ilə təltif ediliblər.
Zaqatalada ən yaxşı göstəriciləri olan məktəblər bunlardır: Akademik Zərifə Əliyeva adına Lisey,
Ş. Qurbanov adına şəhər 3 saylı tam orta məktəbi. 1 saylı
Aşağı Tala məktəbi, Mamrux kənd məktəbi,
Humanitar fənnlər gimnaziyası, Şəhər 1 saylı, paşan, Suvagil və Gözbarax kənd məktəbləri.
İnanırıq ki, Zaqatala təhsili öz işini daha müasir tələblərə uyğun quracaq və qəbul faizinə görə Respublika birincisi olacaqdır.
Əlmaniz Ələkbərli.
Azərbaycan jurnalistləri və yazıçıları birliklərinin üzvü.
Diaspor.info
Zaqatala.
1 916