VƏTƏNDAŞ KİMDƏN VƏ NƏYƏ GÖRƏ ŞİKAYƏTÇİDİR.
Diaspor.info saytının Şimal-Qərb bölgəsinə müraciət edən Yüzbaşıyev Arif Soltanməcid oğlu çox qəribə bir problemlə rastlaşdığını deyir. Arif Yüzbaşıyev 2006-cı ildə Balakən rayonundan Zaqatala rayonuna gələrək, torpaq sahəsi almaq istəyib. Zaqatala rayon Göyəm kəndində bir ağsaqqalla tanış olur. Soltan kişi torpaq sahəsini satdığını deyir, ancaq torpaq sahəsində tikili də, olduğunu xüsusi vurğulayır. Arif sözügedən torpaq sahəsini və üzərindəki tikilinin pulunu verərək alır: ” 2006-cı ildə tikinti təyinatı olmayan, əkin üçün nəzərdə tutulmuş 12 sot.90. ha. torpağı aldım. Torpaqda tikili də olduğu üçün orada yaşamağı da, nəzərdə tuturdum. 2017-ci ildə həmin torpaq sahəsini öz adıma sənədləşdirdim(kupça aldım), yəni Dövlət Reyestr xidmətindən çıxarışımı aldım. 2007-ci ildə Soltan kişi evinə Gülxar adlı bir qızı gəlin köçürdü.
Bir müddət sonra gəlin qaynana və qaynata ilə yola getmədilər, bu zaman Soltan kişi məndən xahiş etdi ki, icazə ver mənim oğlum və gəlinim kirayə pulu verməklə sənin aldığın evdə qalsın. Mən də razılaşdım, düşündüm ki, cavan ailədirlər, müvəqqəti olan bir şeydir. İki ay kirayə pulu ödədilər, sonra cavanlar pulu ödəməyi uzatdılar və daha sonra imkanlarının olmadığını dedilər. Mən də bir müddət dinib-danışmadım. Lakin günlərin birində gördüm ki, bunlar artıq boşanır və mənim evimi də öz aralarında bölürlər. Əlbəttə ki, gülünc olsa da, bu belə idi. Mən də, dərhal onları məhkəməyə verib evdən çıxarmaq istədim. Uzun müddət boşanma alınmadığı üçün Gülxar mənim evimdə yaşamalı oldu. Ancaq nəhayət ki, onlar da, boşandılar. İndi mən Gülxarı məhkəmə yolu ilə çıxarmağıma baxmayaraq, Gülxar tez-tez evimə hücum edir, evin şüşələrini daşla sındırır. Polislər də artıq onun əlindən beziblər. Həyat tərzi xoş olmayan bu xanım sanki məhkəmə, polisə getməkdən xoşlanır. Əks təqdirdə sənədlər mənim adıma olduğu halda belə, xanım evdən əl çəkmir. Mən ondan soruşuram ki, məhkəmə qərarı var, sənin əşyalarını da, bu evdən çıxardılar. Sən bura niyə gəlirsən? Gülxar deyir ki, mənə deyirlər ora sənindir, vəssalam.
Bizim böyük bəlamız olan Qarabağ problemi zamanı, BMT-nin qərarlarında deyilirdi ki, Qarabağda zəbt olunmuş və işğal edilmiş torpaqlar qeyri-şərtsiz boşaldılsın. Daha orada deyilmirdi ki, torpaqlar boşaldılsın, onun üzərindəki tikililərdə yaşamaq hüququnuz var.
Biz Cənab Prezidentimizin dəmir yumruğu ilə torpaqlarımızı qanunsuz zəbt edənləri bizə aid olan ərazilərdən çıxaranda onların tikdiyi bəzi tikililərdə yaşamalarına məgər icazə vermişik?
Ümumiyyətlə qanunsuz tikili vəyaxud zəbt olunmuş torpaqda olan tikilidən qanunun tələbi birmənalıdır, zəbt edənlər oradan çıxarılsın. Və bizdə də, qanun bizim tərəfimizdədir. Sadəcə əgər bir qadının ailəsi dağılıbsa, qaynana, həyat yoldaşı ilə yola getməyibsə mənim nə günahım var? Mülkiyyət sahibi kimi mən həyətimdə əkinlə məşğul olmaq istəyirəm. Dul bir xanımın mənim həyətimdə nə işi var?”
Çox qəribədir əgər torpaq sahəsi başqasınındırsa və onun üzərində tikili vardırsa, hər hansı yolla burada vaxtilə kirayədə yaşayan olsa belə, mülkiyyət sahibi özünə aid olan torpaqdan kənar adamları çıxara bilmir. Daha dəqiq desək çıxarıb, sadəcə iddiaçının dili ilə desək kimsə sözügedən xanımı qızışdırır ki, get evdən əl çəkmə, ora sənindir.
Dünyanın ən inkişaf etmiş vaxtlarında, texnika əsrində qaldırılan suala baxın? Torpaq sənin adınadır, ancaq mən uzun illər burada yaşayan zaman evə rəng vurmuşam, pəncərə şüşələrini dəyişmişəm deyən insana evdən pay düşməlidir? Bu qədər savadsızlıq olmaz. Hesab edirəm ki, burada məhkəmələrin də günahı az deyildir. Məsələn həmin xanım yaşadığı dövrdə evə yatırdığı sərmayə, haqqında qəbzləri məhkəməyə təqdim edə bilər və iddiaçıdan qəbzdəki vəsaiti tələb etmək hüququ vardır. Belə olan halda nə polis ortalıqda qalardı, nə də ki, iddiaçı olan mülkiyyət sahibi məhkəmələrdə sürünərdi.
“Sonda onu da, xüsusi vurğulamaq istəyirəm ki, Gülxar Zamanova vaxtilə mənə də, bir araşdırmaçı jurnalist kimi, bəzi məsələlərdə onun problemini ictimailəşdirmək üçün müraciət etmişdir. Onun savadı olmadığı üçün ona xeyli köməklik etmişdim. Onda əsas mövzu uşaqlarının əlindən alınması məsələsi idi. İcra hakimiyyəti və s. qurumlara müraciət etməsi və orada kimlərə müraciət etməsini ona başa salmışdım. İş elə gətirdi ki, sonunda övladları anasında qaldı. Ancaq ilk gündən ona demişdim ki, evin, torpağın sənədi sənin adına deyilsə, deməli sənin deyildir. Və əvvəl axır səni buradan çıxaracaqlar. Sadəcə körpə uşaqlara hörmət əlaməti olaraq bunu tezləşdirmirlər. O ki, qaldı onun evə qoyduğu xərcə, yəni təmir puluna, hesab edirəm ki, onu mədəni şəkildə məhkəməyə müraciət edərək, qəbzləri də göstərmək şərti ilə, iddia qaldıra bilər. Ancaq bir məsələ də, vardır ki, illərdir kirayə ödəmədən Arif Yüzbaşıyevin mülkiyyətində pul ödəmədən qalıblar. “
Mövzunun aktuallığını nəzərə alaraq diqqətimizdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Diaspor.info
Zaqatala