Böyük Qəcər kənd sakini E.Əhmədovun həyətyanı sahəsindən çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən Diaspor info-ya verilən xəbərə görə, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Qəcər kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
328