• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

“Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam” Rezident Leyla Məmmədova

20-02-2021, 20:00 | Baxılıb: 16
““Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam” Rezident Leyla Məmmədova

“Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam” Rezident Leyla Məmmədova



Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Rezidentura təhsilinin məqsədi Universiteti bitirmiş tələbələrin gələcəkdə yüksəkixtisaslı həkim kimi yetişməsinə, onların peşəkar həkimlərin yanında təcrübə qazanmasına xidmət edir.

Hazırda Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan həkim-rezidentlərdən biri də 1-ci kurs rezidenti Leyla Məmmədovadır.

Rezident Leyla Məmmədova rezidentura təhsilinə başlayan dövrdə Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərərək, COVİD-19 virusu ilə mübarizəyə qoşulmuşdu. Hospitalın bütün kollektivi var gücünü bu təhlükəli infeksiyaya qarşı səfərbər edərək, gecəni-gündüzə qataraq koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmuşdur. Rezident Leyla Məmmədova Hospitalın yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Dr.Xeyal Məmmədovun rəhbərliyi altında nəzəri və praktiki biliklərə yiyələnir və bu şöbədə ən ağır xəstələrin qəbulu və müalicəsində yaxından iştirak edir.

Leyla Fəxrəddin qızı Məmmədova 1996-cı il yanvarın 19-da Bakı şəhərində anadan olub. Uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşayan Leyla xəyallarını gerçəkləşdirmək üçün 2013-cü ildə sənədlərini Azərbaycan Tibb Universitetinə verib. Qəbul imtahanlarından 513 bal toplayaraq, Universitetin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2019-cu ildə Universiteti bitirərək, 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya ixtisası üzrə rezidenturaya qəbul olunub.

Rezident Leyla Məmmədova rezidentura təhsili barədə deyir: “Mən təhsilimi Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsində başlamışam. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur. Biz ən ağır koronavirus xəstələrini qəbul edir, onları normal həyata qaytarmaq üçün əlimizdən gələni edirik. Koronavirusla mübarizə müddətində xəstələrə düzgün yardım etməyə və ixtisasımı dərindən öyrənməyə çalışıram. Burada mənə kuratorum Dr.Xəyal Məmmədov və şöbənin reanimatoloqları kömək edir. Ümumiyyətlə, rezidentura təhsilinə başladığım ilk gündən Hospitalın rəhbərliyinin diqqət və qayğısını hiss etmişəm. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov biz rezidentlərlə tez-tez görüşür, işimizlə, problemlərimizlə maraqlanır, dəyərli tövsiyələrini verir. Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam. Arzum savadlı, peşəkar həkim olmaq, xəstələrin şəfa diləyən gözlərinə baxıb onlara ümid vermək və bunu gerçəkləşdirməkdir”.

Müəllif: Zakir Rəhimliскачать dle 10.6фильмы бесплатно


16

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib
Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına  aid dərs təşkil edilib

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.