ÖTƏN TƏDRİS İLİ TÜLÜ KƏND BİR SAYLI TAM ORTA MƏKTƏBİ ÜÇÜN UĞURLU OLUB.
Diaspor info saytının Şimal-qərb bölgəsi bu zonadakı təhsil müəssisələrindən yazılarını davam etdirir.
Saytımızın əməkdaşları Balakən rayon Tülü kəndində olublar. Tülü kənd bir saylı tam orta məktəbin direktoru Akif Mirzəyevlə görüşüb söhbətləşiblər.
Akif müəllim ötən tədris ilinin Tülü kənd bir saylı tam orta məktəbi üçün uğurlu il olduğunu vurğulayıb. Direktorun saytımızın əməkdaşlarına verdiyi

məlumata görə ötən tədris ilinin 32 məzunundan 17-si tələbə adını qazanıb. Hətta, məktəbin məzunu Jalə Nastakalova 655 bal toplayaraq rayonda ən yüksək nəticə göstərənlərdən biri olub.
Sevindirici haldır ki, Jalə Nastakalova BDU-nin hüquq fakültəsinin ingilis dilində tədrisinə qəbul olub.
Akif müəllim ümumiyyətlə şagirdlərinin bir çox yarışmalarda aktiv olduğunu deyib. Konstitusiya məhkəməsinin keçirdiyi yarışmada üçüncü yeri də Tülü kənd bir saylı tam orta məktəbin şagirdi Gülər Bayramlı qazanıb. 100 maksimum baldan 96 bal toplayaraq rayon məktəbləri arasında ən yüksək nəticə göstərib.
Tülü kənd bir saylı məktəbin məzunlarından 13 nəfəri dövlət sifarişli ixtisaslara qəbul olublar. Məzunlardan altısı 500-dən yuxarı bal toplayıb.
Məktəbin məzunları arasında bir ailənin iki qızı Nastakalova Nərmin (580 Tibb.Univ) və Jalə (655 BDU.) yüksək bal toplaya biliblər. Ümumiyyətlə isə rayon məzunları arasında üç nəfər 600-dən yuxarı bal toplayıblar ki, onlardan biri də, Tülü kənd bir saylı məktəbin payına düşür.

Məktəbin şagirdləri “Cumhuriyyətin 100”-illiyinə həsr olunmuş rəsm əsərlərinin müsabiqəsi zamanı da ilk üçlükdə yer alıblar.
Akif müəllim Azərbaycanda gedən sürətli inkişafla bağlı saytımızın əməkdaşlarına kiçik müsahibə də, verib: Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Respublikamızıın sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, Respublikamızın ən ucqar rayonlarında belə müasir tələblərə cavab verən məktəb binaları inşa olunur. Şagirdlərin keyfiyyətli tədris almaları üçün, məktəblərimiz dərslik və müasir avadanlıqlarla tam təmin olunmuşdur.
Azərbaycanın dilbər guşəsi olan Balakən rayonu Respublikamızıın sərhəd rayonlarındandır. Məlum məsələdir ki, Balakən rayonu ərazisindən ölkəmizə daxil olan hər bir qonaq, ətrafında ilk gördüyü hər bir şeyə görə, gəldiyi Dövlət haqqında onda ilkin fikir yaranır. Bu incə nüansları nəzərə alan Balakən rayon rəhbərliyi, istər yolların kənarının təmiz saxlanmasına, istər də inzibati binalara xüsusi diqqət yetirirlər.

Bu rayona daxil olarkən, yol boyu qarşıya çıxan təhsil müəssisələri də müasir standartlara cavab verəcək səviyyədədir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə ötən tədris ili Balakən rayon təhsili üçün çox uğurlu il olmuşdur. Balakən rayon icra hakimiyyəti və Balakən RİH-nin başçısı İslam Rzayev rayon təhsilini həmişə diqqət mərkəzində saxlamış və xüsusi qayğı göstərir.
Qeyd edək ki, Balakən rayonundakı ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015 –ci illərdə yeni inşa vəyaxud əsaslı təmir olunublar. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunmuşdur.
Balakən rayonunda da müasir avadanlıqlarla təchiz olunmuş xeyli təhsil müəssisələri var. Lakin bununla bərabər əsaslı təmirə, vəyaxud da tikintiyə ehtiyyacı olan məktəblərdə qalmaqdadır. Tülü kənd 1 saylı tam orta məktəbi də, əsaslı təmirə ehtiyyacı olan məktəblərdəndir.
Diaspor info
Balakən
80