NAXÇIVANDA BƏHRUZ KƏNGƏRLİNİN DAVAMÇILARI YETİŞİR.
Diaspor.info saytının Naxçıvan bürosu Kəngərli rayonu Qıvraq qəsəbə səkini Həcər Zöhrab qızı Bəylərova haqqında Naxçıvan televiziyasının hazırladığı videonu oxucularına təqdim edir. Həcər Bəylərova Bəhruz Kəngərli irsini davam etdirən gənc rəssamlardandır.
Sadə bir Naxçıvanlı ailəsində böyüyüb boya-başa çatmış Həcər xanım öz rəsm əsərləriylə artıq doğmalarını dəfələrlə sevindirmiş, qəsəbə, rayon və şəhər səviyyəsindən çıxaraq Muxtar Respublikası səviyyəsində yarışmalara qatılaraq birinciliyin dadını çıxarmışdır.
Kəngərli torpağı igid ərənləriylə yanaşı Bəhruz Kəngərli kimi bir İncəsənət xadimi xalqımıza bəxş etmişdir.
Hesab edirik ki, Həcər xanım da, Kəngərli torpağına layiq əsərlər çəkəcək və onun çəkdikləri gələcəkdə dünyanın ən möhtəşəm sərgilərini bəzəyəcəkdir.