SUMAYLIDAN PREZİDENT İLHAM ƏLİYEVƏ VIDEO --MÜRACİƏT.
Diaspor.info saytının Şimal-qərb bürosu xəbər verir ki, Zaqatala rayon Sumaylı kənd sakini Elçin Bayramov pozulmuş hüquqlarına görə Prezident İlham Əliyevə və birinci xanım, vitse-Prezident Mehriban Əliyevaya saytımız vasitəsilə video-müraciət edib. Video-müraciəti olduğu kimi oxucularımıza təqdim edirik.
Bundan əlavə Elariz epilepsiya keçirdiyi zaman çəkilmiş videonu da, oxuculara və ƏƏSM-i nazirliyinin əməkdaşlarının diqqətinə çatdırmaq istəyirik.
Diaspor.info saytı adından aidiyyati qurumlara müraciət edirik. Əgər Elariz sağalacaqsa onu sağaldın, yox əgər ruhi xəstədirsə pensiyasını verin, xəstə olmayıbsa on il nəyə görə pensiya alıbdır?!
Diaspor.info saytı olaraq, məsələyə aydınlıq gətirərkən məlum oldu ki, Elçin Bayramovun oğlu 2003-cü il təvəllüdlü Elariz Bayramov 2008-ci ildən ruhi xəstə kimi pensiya da alırmış. Lakin 2019-cu il avqust ayında elektron müraciət edərkən onlara imtina gəlib. Təkrar müalicəyə ehtiyac olduğu vurğulanıb. Valideynlər Bakı şəhərinə, Maştağa qəsəbəsinə yollanaraq, el arasında dəlixana deyilən, “1” saylı Respublika psixiatria xəstəxanasına üz tutublar. Və bir müddət orada müayinə-müalicə olduqdan sonra həkimlər deyib ki, əqli qüsuru var, siz bura nəyə gəlmisiniz? Bu xəstəlik müalicə olunan deyil, yəni yaxşılığa doğru heç nə dəyişməyəcək.
Belə olan halda övladını da götürüb geri rayona dönüblər.
Və müalicənin nəticələrini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə elektron göndəriblər. Epilepsiyadan sonra əqli qüsuru daha çox artmışdır.
Uşaq özü müsahibə zamanı dəlixanaya getdiyini tez-tez deyir və evdə qaçaraq vərgar edirdi. Yəni on ildən artıq əqli qüsurlu uşaq bir ilin içərisində necə sağala bilər?
Görünür Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Prezident İlham Əliyevin çıxışlarını diqqətlə izləmir vəyaxud izləmək istəmir. Əks halda belə biabırçılığa son qoyardı.
DİASPOR.İNFO
ZAQATALA
1 809