QIZILGÜLLƏR DİYARI OLAN ZAQATALA KEYFİYYƏTLİ FINDIĞI İLƏ DƏ MƏŞHURDUR.
Zaqatala rayonu qızılgüllər diyarı adlandırılsa da, hələ sovetlər birliyi dövründə belə, rayonda tütünçülük və fındıqçılıqla da, məşğul olublar. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə, fındıqçılığın daha çox gəlirli sahə olduğu aydın göründü və bir çox kəndli öz torpaqlarında yeni fındıq bağları salmağa başladılar.
Diaspor.infonun Şimal-qərb bürosu sözügedən bölgənin daha çox məşğul olduğu fındıqçılıq sahəsi, sahibkarların qarşılaşdığı problemlər, günün real vəziyyəti ilə tanış olmaq üçün bir neçə sahibkarla görüşüb. İlk görüşümüz təsisçisi İlham İsayev olan “Azerstar” MMC oldu. İlham müəllimi Şimal-qərb bölgəsində hamı zəhmətkeş bir insan kimi tanıyır. Hərdən adama elə gəlir ki, İlham müəllim günün 24 saatını fasiləsiz işləyir. Onun Zaqatala iqtisadiyyatına verdiyi töhfəsi nümunəvidir. İlham İsayevin fındıqdan əlavə bir çox sahələrdə də, müəssisələri vardır.
Odur ki, İlham müəllim rayonun ən böyük vergi ödəyicilərindən biridir. Biz fındıq emalı zavodunda olarkən əvvəlcə “Azerstar” MMC-nin icraçı direktoru Zülfüqar Qurbanovla görüşdük. Zülfüqar müəllim dedi ki, “Azerstar” MMC 2006-cı ildə yaranıb. Və bu gün istehsal gücümüz 12-15 min ton arasındadır: “ fındıqçılıq sahəsi regionun təbiətinə uyğun və gəlirli sahə olduğuna görə bu sahə ilə çox insan məşğul olur. Fındıq emalı zavodları da, yetərincədir. Bizim illik istehsalımız 12-15 min ton arasında olur. Emaldan 4-5 min ton fındıq çıxarılır. Biz o müəssisələrdənik ki, əsasən eksport işləyirik. Pribaltika ölkələri də, daxil olmaqla əsas gücümüzü Avropa ölkələrinə yönəltmişik. MDB ölkələrindən Ukrayna, Belarus və Rusiya ilə də, işləyirik. İl ərzində artıb, azalmaqla təxmini 50 nəfər daimi işçimiz olur. Biz nə qədər zəhmət tələb edən sahədə çalışsaq da, bəzən qanunlarda olan bəzi boşluqlar işimizin daha da, inkişaf etməsinə mane olur.
“ Azərbaycan fındıq istehsalçıları və ixracatçıları assosasiyası” ictimai birliyi yaranıb ki, hazırda onun sədri İsmayıl Orucovdur, mən isə onun müaviniyəm. Biz bir çox qarşılaşdığımız problemləri aidiyyati qurumlar qarşısında qaldırmışıq və real nəticəsini də, görmüşük. Elə problemlər də, vardır ki, onlar qanunvericilikdə dəyişiklik edilməklə öz həllini tapmalıdır. Bax bu məsələlərdə hələ ki, sahibkarların istəklərinə nail ola bilməmişik.”
Zülfüqar müəllimlə söhbətimiz zamanı İlham müəllim də, müəssisəyə təşrif buyurdu. Ayaqüstü həmsöhbət olduq. Onun haqqında eşitdiklərimiz öz təsdiqini tapdı. Belə ki, həddən artıq səmimi, vətənpərvər və sadəliyi ilə özünə hörmət qazanan İlham İsayev də, sahibkarlara yaradılan şəraitdən razı olduğunu dedi: “bilirsiniz ki, Prezident İlham Əliyev sahibkarlar üçün bütün şəraiti yaradıb. Bu gün sahibkarların ən böyük dostu elə Prezidentimiz özüdür. Odur ki, bu sahədə süni yaradılan problemlərimiz çox azdır. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də, ağsaqqal, alicənab insandır. Hesab edirəm ki, 90-cı illərin problemlərini yada salanda biz Avropa qanunları ilə işləyir və yaşayırıq. Mənim nə qədər ömrüm vardırsa öz həmyerlilərimə dəstək olmuşam və yenə də, olacağam. Ancaq elə problemlərimiz də, vardır ki, qanunvericilikdə buraxılan boşluqlara görə sahibkarlar böyük əziyyətlərlə rastlaşır və mən deyərdim ki, bəzən işlədiyi sahədən bezib başqa işlə məşğul olurlar. Bu problemlərin həlli isə aidiyyati qurumlarla yanaşı Milli məclisdə həll edilməlidir. Biz müəyyən məsələləri aidiyyati qurumların qarşısında qaldırmışıq və nəticəsini gözləyirik.”
Diaspor.info saytı olaraq, sahibkarların qarşılaşdığı çox ciddi problemləri növbəti məqaləmizdə işıqlandıracağıq. Bununla bağlı bir neçə sahibkarın fikirlərini də, öyrənmək üçün araşdırmalarımızı davam etdiririk.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.