ŞƏRƏFLİ VƏ ÇƏTİN PEŞƏ SAHİBLƏRİ - ƏZİZ MELİORATORLAR PEŞƏ BAYRAMINIZ MÜBARƏK.
5 iyun- bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür.
Belə ki, hələ 1996-cı il 5 iyun tarixində Ümummilli liderimiz Heydər Əliyev «Meliorasiya və İrriqasiya haqqında» Qanun imzalamışdır. Daha sonra 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixində yeni bir Sərəncam imzalamışdır.
Bununla da, hər il iyunun 5-də “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” işçiləri özlərinin peşə bayramlarını qeyd edirlər.
Bundan əlavə Dövlət başçısı İlham Əliyevin “Su təsərrüfatı və meliorasiya işçilərinin” şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam da, imzalamışdır.
Prezident İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu həmişə yüksək qiymətləndirmişdir.
Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti özünün yeni erasına başlayır, islahatlar, müasir avadanlıqlara daha çox yer verilməsi, bir çox işlərin mərkəzləşməsi, idarəetmənin daha da, təkmilləşdirilməsinə xüsusi önəm verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman, qəbul zamanı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun dediyi sözlər bu gün öz təsdiqini tapmaqdadır. Zaur Mikayılov qəbul zamanı - "Möhtərəm cənab Prezident, çox təşəkkür edirəm. Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir demişdir. Bəli, bu gün bu məsuliyyət, Dövlətə və dövlətçiliyə sədaqət hər addımda hiss olunur.
Bu günlərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov fermerlərlə videokonfrans şəklində görüş keçirdiyi zaman bunun bir daha şahidi olduq.
İnanırıq ki, dünyada baş verən su qıtlığı, suya qənaət, Qarabağda qurulacaq suvarma sistemləri ən müasir dövrün tələblərinə cavab verəcək şəkildə öz həllini tapacaqdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti dedikdə, onun regiondakı nümayəndələri arasında mənim ilk ağlıma gələn cəmiyyətin Balakən nümayəndəliyidir.
Belə ki, Balakən Suvarma sistemləri idarəsinin rəhbəri Ruslan Poladovun bölgədə daha aktiv, peşəkarlığı hər addımda hiss olunur. Son illər bu bölgədə yaşadığım üçün kanalların təmizlənməsi, onların beton üzlüyə alınması, kanalların bərkidilməsinin şahidiyəm. Bu gün dünyada gedən su qıtlığına qarşı mübarizə,
suyun düzgün bölgüsü, qrafikləşmə və s. bu kimi işlər Ruslan Poladovun rəhbərliyi ilə daha nəzərəçarpacaq dərəcədə hiss olunur, desək, yanılmarıq.
Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamıyla yeni subartezian quyuları vurulmaqda davam etdirilir. Balakəndə də, 5 ədəd subartezian quyusu vurulacaqdır.
Yeni sədr işə başladığı gündən islahatların aparılması, bu sahəyə müasirliyin gətirilməsi hər yerdə özünü biruzə verir. Belə ki, yeni vurulacaq subartezian quyuları da, daxil olmaqla, artezian quyularına yeni Skada sistemi tətbiq olunur ki, bu da mərkəzdən idarə etmə sistemi deməkdir. Bu həm qənaət deməkdir, həm də vaxtı-vaxtında idarəolunmaya gətirib çıxarır.
Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz Peşə bayramlarını qeyd edirlər. Diaspor.info saytının kollektivi də, çətin və şərəfli peşə sahiblərini ürəkdən təbrik edir, işlərində yeni-yeni uğurlar arzulayırlar.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliyinin Üzvü.