Dekabrın 10-da Bakı Konqres Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, kiçik və orta biznesə dəstək göstərilməsi məqsədilə I Gənc Sahibkarlar Forumu keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək forumda yaşı 29-dək olan gənclər iştirak edə bilərlər.
Forumda iştirak etmək istəyənlər dekabrın 7-dək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçməlidirlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe2qGW6oR5BVyYDO4NtN-0KsyZShpA3p4ZRcVipLgmdSwCIKQ/viewform?vc=0&c=0&w=1.
Forumla bağlı əlavə suallarla KOBİA-ya müraciət etmək olar (Əlibaba Əliyev, 404-04-01 (daxili 162), 055-589-69-39).