Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 25-26-da Qazaxıstanın paytaxtı Nur-Sultandakı “Korme” sərgi mərkəzində VIII “World Wide Food 2020” və “Kazakhstan International Halal Expo2020” birləşmiş qida sərgisi açılacaq.
Ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvət olunurlar.
Maraqlananlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.
328