Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisində Azərbaycan məhsullarına böyük maraq var.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan istehsalı olan efir və bitki yağları, şərablar, nar şirələri, çaylar, o cümlədən müalicəvi bitki çayları, mürəbbələr və sair məhsullar maraqla qarşılanır.
Sərgi çərçivəsində Azərbaycan sahibkarlarının xarici həmkarlarla görüşləri, ixraca dair müzakirələri təşkil olunur.
Sərgi yanvarın 27-dək davam edəcək.
308